Accessibility links

“İran Azərbaycanında Türkiyə-İran münasibətləri ilə əlaqədar fərqli baxışlar var”


Təhlilçi Ural Hatəmi Amerikanın Səsi ilə söhbətdə Türkiyə-İran münasibətlərinin tarixi istiqaməti və hazırkı vəziyyəti, habelə İran Azərbaycanındakı milli hərəkata mənsub qüvvələrin bu mövzuda Türkiyədən gözləntilərini şərh edib.

Ural Hatəmi İran və Türkiyə arasındakı münasibətlərin tarixi təhlilinə Osmanlı və Qacar dövrlərinin daxil edilməsini tənqid edir.

Güney Azərbaycanın və milli hərəkatın İran-Türkiyə münasibətləri ilə bağlı tək bir baxışa sahib olduğunu mən görmürəm. Hərəkatın içərisində fərqli görüşlər vardır İran və Türkiyə arasındakı münasibətlərə, habelə Türkiyənin Güney Azərbaycan məsələsindəki roluna.

Onun sözlərinə görə, “bu münasibətlərin tarixi istiqamətini dəyərləndirdiyimizdə Türkiyənin cümhuriyyət dönəmi ilə İranda Pəhləvi dövlətinin gəlməsindən sonrakı zamanı diqqətə almalıyıq. Ondan öncəki zamanın başqa bir istiqaməti var. Məsələnin mahiyyəti fərqlidir. Bu iki coğrafiyada millət-dövlət sistemi meydana gəldikdən sonra, münasibətlərin bu günə qədər fərqli dönəmlərdə, bir çox enişləri, çıxışları və gərginlikləri olmuşdur. Birlikdə hərəkət ettikləri də olmuş, bir-birlərinə qarşı mövqe də tutmuşlar.”

Hatəminin sözlərinə görə, 1979 İslam İnqilabından sonra İran və Türkiyə arasındakı münasibətlər bəlli dərəcədə davam etsə də, anlaşmazlıq halları çoxalıb.

“İslam İnqilabından öncəki dönəmi nəzərə alsaq, tək cümlədə desək, iki ölkə arasında bir yaxınlıq vardı. Soyuq savaş dönəminin gətirdiyi şərtlərdə ikisi də bir şəkildə Sovetlər Birliyinə qarşı Qərbin yanında yer alır. İnqilabdan sonra bu yenə də bəlli bir dərəcədə davam edir, ancaq böyük anlaşmazlıqlar da meydana gəlir. İnqilabdan öncə də anlaşmazlıqlar var. Amma İnqilabdan sonra Xomeyninin rəhbərliyində yaradılan İslam Respublikasının o dini ideologiyası Türkiyədəki Laik sistem ilə ziddiyyət təşkil edir. Bu, əsas bir səbəb olur ki, Türkiyə-İran münasibətləri İnqilabdan öncəki dönəmə görə dəyişsin,” təhlilçi söyləyir.

İnqilabdan sonra Xomeyninin rəhbərliyində yaradılan İslam Respublikasının o dini ideologiyası Türkiyədəki Laik sistem ilə ziddiyyət təşkil edir.

Ural Hatəmi son vaxtlar Türkiyədə İran agentlərin həbsi, habelə İraq üzərindən iki ölkə arasında ortaya çıxan gərginliyə diqqət çəkərək deyir ki, “keçmişdə iki ölkə münasibətlərində indiki gərginliklərdən daha dərin gərginliklər yaşanıb. Amma biz xüsusilə Türkiyə tərəfindən baxdığımızda rasional və praqmatik bir siyasətin yürüdüldüyünü görürük. Bu da səbəb olur ki, münasibətlər nə qədər də böhrana girsə, böhrandan çıxa bilsin. Mən bunu Türkiyə dövlətinin beynəlxalq əlaqələrindəki və İranla əlaqələrindəki o məntiq və rasionallığa dayandırıram. İran dövlətinə qalsa məsələ daha da dərinləşib və fərqli yerlərə gedər. Bunu Qarabağ savaşından sonra da gördük ki, İran tərəfi necə isterik hərəkət etdi...”

Hatəmi “Güney Azərbaycan Mili Hərəkatına” mənsub qüvvələrin İran-Türkiyə münasibətləri ilə bağlı tək bir baxışa sahib olmadıqlarını, fərqli görüşlərin mövcud olduğunu önə çəkir.

“Güney Azərbaycanın və milli hərəkatın İran-Türkiyə münasibətləri ilə bağlı tək bir baxışa sahib olduğunu mən görmürəm. Hərəkatın içərisində fərqli görüşlər vardır. İran və Türkiyə arasındakı münasibətlərə, habelə Türkiyənin Güney Azərbaycan məsələsindəki roluna. Fərqli ideyalar və ya hədəflər var. Ancaq bunların bəzisi Türkiyə gerçəklərini diqqətə almadan düşünülür. Bəzisi də Türkiyə gerçəklərini diqqətə aldıqdan sonra dünya gerçəklərini diqqətə almır” - deyə, o, əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG