Accessibility links

BMT Baş Assembleyası illik sessiyasına başlayır


BMT Baş Assembleyası illik sessiyasına başlayır
BMT Baş Assembleyası illik sessiyasına başlayır

Bu gün BMT Baş Assembleyasının illik toplantısının açılışı olacaq. 100-dən çox dünya lideri coxsaylı məsələləri müzakirə etmək üçün Nyu-York şəhərində bir araya gəlib. Gündəlikdə olan başlıca məsələlər Fələstin dövlətinin qurulması ilə bağlı müraciət, Qəzzafidən sonra Liviyanın gələcəyi və qeyri-yolxucu xəstəliklərdir.

Toplantının aydınlıq gətirməyə çalışacağı ən əsas sual isə Fələstin dövlətinə BMT üzvlüyünün verilib-verilməməsi olacaq. Ötən həftə BMT Təhlükəsizlik Şurası Liviyanın BMT Baş Assembleyasındakı yerini bərpa edib və Milli Keçid Şurasını ölkənin rəsmi təmsilçisi kimi tanıyıb və bununla da Qəzzafi rejiminin sonunu effektiv şəkildə dəstəkləyib.

ABŞ prezidenti Barak Obama dünən günorta Nyu-Yorka gedib və onun Milli Keçid Şurasının lideri Mustafa Abdel Cəlil ilə görüşəcəyi gözlənilir. Cənab Obama habelə dünyanın ən yeni dövləti olan Cənubi Sudanın prezidenti Salva Kiirlə də görüşəcək.

Qeyd edək ki, Azərbaycanı Baş Assembleyada xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

XS
SM
MD
LG