Accessibility links

Azərbaycan xarici işlər naziri Nyu-Yorka gedib


Azərbaycan xarici işlər naziri Nyu-Yorka gedib
Azərbaycan xarici işlər naziri Nyu-Yorka gedib

Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanmasına vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri də Nyu-Yorka gedib. Onlar sentyabrın 20-də BMT Baş Assambleyası çərçivəsində görüşlər keçirəcək.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 66-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, cənab MəmmədyarovBMT Baş Assambleyasının iclasında iştirak etməklə yanaşı, bir sıra ikitərəfli görüşlər keçirəcək.
Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanmasına vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri də Nyu-Yorka gedib. Onlar sentyabrın 20-də BMT Baş Assambleyası çərçivəsində görüşlər keçirəcək.

Mətbuat Xidmətinin digər bir məlumatında isə deyilir ki,
Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin 136-cı Şurasının iclasında ərəb dövlətləri tərəfindən Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsinə dair qərar qəbul edilib.

XS
SM
MD
LG