“Bizim yürüş planımız olduğu kimi qalacaq”
Azərbaycan Feminist Hərəkatı 8 Mart tarixi gününü qeyd etmək məqsədi ilə "8 MARŞ - Bizimdir Hürr Küçələr" yürüşü keçirməyi planlaşdırır. Lakin, Bakı Şəhər İcra Hakimiyyəti martın 8-də saat 15-də Bakıda, Nizami küçəsindən "Kolorit" kafesinin qarşısına qədər yürüş keçirmək üçün müraciətinə mənfi cavab verib. İctimai fəal Gülnarə Meydiyeva Amerikanın Səsinə müsahibəsində bildirib ki, yürüşün marşrut qərarı lap əvvəldən bəllidir və bu dəyişməyəcək. “Biz Bakı şəhər icra hakimiyyətindən məsləhət istəməmişik və ya sorğumuz olmayıb. İcra hakimiyyətinin cavabından asılı olmayaraq biz həmin ərazidə yürüş keçirməyi planlaşdırırdıq. Xəbərdarlıq isə sadəcə icra hakimiyyətindən bizim təhlükəsizliyimizi təmin etməsi üçün idi.”
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib