Bu yaxınlarda Ankarada nəşrə başlayan "Maduniyyət" dərgisinin ilk sayında İranda iqtisadi böhran, yoxsulluq, ayrı-seçkilik, dini azlıqlar və qadınların üzləşdiyi problemlər, mühacirət məsələsi, həmçinin quraqlıq və su böhranı haqqında tədqiqi məqalələr dərc edilib.
Dərginin yazarlarından Bilal Hatəmi Amerikanın Səsi ilə söhbətdə deyir ki, "Maduniyyət" İran hakimiyyətinin basdırmağa və gizlətməyə çalışdığı məsələləri incələmək istiqamətində fəaliyyətini uzun müddət davam etməyi planlaşdırıb.
Maduniyyət dərgisi İran hakimiyyətinin xaricdə, o cümlədən Türkiyədə görünməyən üzünü üzə çıxarmaq istəyir.”
“Mənim fikrimcə, bir dövləti açıqlamaq üçün, o dövlətin strukturunu, fərqli xüsusiyyətlərini və ya özünün propaqanda şəklində yaydığı şeyləri oxumaqdan çox, bu dövlətin əzdiyi qruplara baxmaq lazimdir,” Bilal Hatəmi söyləyir.
“Yəni bu dövlətin qorxduğu, əzdiyi, ikinci dərəcəyə qoyduğu, susdurduğu ya susdurmağa çalışdığı qruplara baxmaq lazim. İqtidarın mahiyyəti buradan bəlli ola bilər.”
Araşdırmaçının söylədiklərinə görə, “Maduniyyət dərgisi İran hakimiyyətinin xaricdə, o cümlədən Türkiyədə görünməyən üzünü üzə çıxarmaq istəyir.”
İrandakı əzilmiş siniflər, o cümlədən türklərin problemləri ilə əlaqədar tədqiqi fəaliyyətlərin yetərsiz olduğunu önə çəkən Hatəminin dediklərinə görə, sosial mediadakı fəaliyyətlər lazim və faydalı olsa da yetərli deyil.
“Sosial medianın bizə çox faydası oldu. Amma bizim əlimizdən alan bəzi şeyləri də oldu. Bir çox məsələmizə artıq ətraflı baxılmır. İstər qəzetçilərimiz ya digər yazar dostlarımız olsun, çox qısa bir-iki paraqrafda mövzulara dəyib keçirlər. Belə qısa yazılar peşəkar olaraq çalışan insanlar və qurumların işinə gəlmir. Sosial mediada dəyərli işlər olur. Onu etmək lazim amma orada ətraflı iş görülməz,” sosioloq qeyd edir.
Mən yazımda göstərmək istədim ki, İranın siyasi, iqtisadi və ictimai strukturundan qaynaqlanan bir bərabərsizlik və yoxsulluq vardır.
Bilal Hatəminin Maduniyyətin ilk sayında “İranda bərabərizlik, yoxsulluq və sosial rifah siyasəti” başlıqlı məqaləsi dərc edilib.
“2017-ci ilin sonlarında İranda çox geniş bazalı etirazlar başladı. Bunu Türkiyə və bir çox digər ölkələrdə İranın xaricindəki amillərə bağlayaraq analiz etdilər. Mən bu yazıda bunu göstərmək istədim ki, İranın siyasi, iqtisadi və ictimai strukturundan qaynaqlanan bir bərabərsizlik və yoxsulluq vardır. Dövlətin bunu çözəcək heç bir siyasəti yoxdur. Hətta dövlət özü bunu çözməyə deyil, biraz da qarışdırmaq yönündə siyasətlər tətbiq etməkdədir,” araşdırmaçı əlavə edir.