Yaxın Şərqdə vüsət alan etnik və məzhəb müharibələri, hava hücumları və terror aktları nəticəsində sadəcə hərbi qüvvələr deyil, bir çox mülki vətəndaş həlak olmaqdadır. Amerikanın Səsi ilə söhbətdə beynəlxalq qurumların da tez-tez gündəmə gətirdiyi bu durumu dəyərləndirən güneyli sosioloq həmçinin bölgədə silah və zorakılğa qarşı ciddi bir ictimai hərəkat və kollektiv səylərin mövcud olmamasının səbəbləri haqda danışıb.
Bilal Hatəmi İraq və Suriya kimi ölkələrdə meydana çıxan müharibələrin ümumiyyətlə etnik və din mənsubiyyəti məhvərində cərəyan etməsinin səbəbləri və tarixi köklərini dəyərləndirir. O bu kontekstdə həmin ölkələrdəki millət-dövlətlərin dönəmin böyük gücləri tərəfindən müəyyənləşən süni sərhədlər daxilində təsis edildiyini önə çəkir.
Məsələyə sosioloji ya sosial psixoloji açısından yanaşsaq, uzun zaman ağır kültürəl və iqtisadi basqıya məruz qalmış qruplar kiçik bir hakimiyyət zəifləməsi zamanında intiqam almağa yönəlirlər.Bilal Hatəmi
Güneyli fəal daxili müharibələr və müxtəlif qruplar arasında baş verın qanlı qarşıdurmalara son vermək istiqamətində sadəcə bölgə dinamikləri deyil beynəlxalq hüquq mexanizmlərinin də yetərisz qaldığın ifadə edir:
“Beynəlxalq səviyyədə ən ciddi təşkilat olan Birləşmiş Millətləri nəzərdə alsaq, BMT-nin quruluş fəlsəfəsində bu millət-dövlətlərin içindəki çatışmalara özəlliklə etnik və məzhəb çatışmalarına müdaxilə məsələsi açıq şəkildə müəyyən edilməmişdir. Daha çox olaylar beynəlxalq toplumu təhlükəyə atdığı zaman müdaxilə edilir... Yəni rəsmi bir qurum olan BMT-nin belə ölkələrdə cərəyan edən daxili savaşlara müdaxiləsi bu qədər məhduddur.”
Hatəmi bölgədəki müxtəlif qruplar və fəalların da hamısın bir ideologiyaya bağlı olub və vu ideologiyaların xaricində fəaliyyət etmədiklərini, sülhün bərpa edilməsindən daha çox həmin istiqamətində hərəkət etdiklərini bildirir.
Ankarada yaşayan güneyli araşdırmaçı xüsusuilə İraq və Suriyada müxtəlif azlıq cəmiyyətlərə mənsub bəzi qruplar tərəfindən törədilən cinayətlərin sosioloji səbəblərindən də söz edir.
BMT-nin quruluş fəlsəfəsində ölkələrin içindəki çatışmalara özəlliklə etnik və məzhəb çatışmalarına müdaxilə məsələsi açıq şəkildə müəyyən edilməmişdir. Daha çox olaylar beynəlxalq toplumu təhlükəyə atdığı zaman müdaxilə edilir.
“Məsələyə sosioloji ya sosial psixoloji açısından yanaşsaq, uzun zaman ağır kültürəl və iqtisadi basqıya məruz qalmış qruplar kiçik bir hakimiyyət zəifləməsi zamanında intiqam almağa yönəlirlər... Böyük liderlərin iqtidarı dartışıldığı, laxladığı zaman və iqtidar boşluğunda uzun illər boyu basqı altında olan bir qrup ya topluluğun radikal intiqama yönəlməsi təbiidir,” deyə o ifadə edir.
Hatəmi habelə gərginliyin bitməməsində rol oynayan amillər arasında bölgə hökumətlərinin öz mənafeləri naminə hərəkət etmələrinə diqqət çəkir.