Bakıda "8 marş - Haqlarımız uğrunda" yürüş
Qadın haqları fəalları Bakının mərkəzində 8 mart Beynəlxalq Qadınlar günündə aksiya keçiriblər. Fəallar aksiyada "8 Marş - Haqlarımız uğrunda" şüarı altında gender əsaslı zorakılıq və qadın qətllərinə diqqət çəkib. Polis Fəvvarələr Meydanında aksiya başlayan zaman 30-a yaxın aksiya iştirakçısını saxlayıb. Saxlanılanların əksəriyyəti polis maşınlarına mindirilərək 9-cu polis bölməsinə aparılıblar. Artıq 3 ildir ki, ənənəvi olaraq feministlər qadın haqlarına diqqət çəkmək üçün 8 mart Beynəlxalq Qadınlar günündə aksiya keçirirlər. Daxili İşlər Nazirliyi feministlərin keçirdiyi aksiya ilə bağlı açıqlama verib: "Qabaqcadan edilmiş xəbərdarlığa baxmayaraq, aksiya keçirməyə cəhd edən şəxslərin ərazidən uzaqlaşdırılması təmin edilib". İzahat yazdıqdan sonra fəallar sərbəst buraxılıblar.
Episodes
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?
-
Yanvar 10, 2025
Tofiq Yaqublunun məhkəməsində insident yaşanıb