“Azərbaycanda rüşvət probleminin həlli köklü dəyişiklik tələb edir”
İqtisadçı ekspert Zöhrab ismayıl Amerikanın Səsisə müsahibəsindən son iki ayda iki icra hakiminin rüşvət almaq ittihamı ilə həbs olunması hadisəsinin şərh edib. Ekspertin sözlərinə görə, Azərbaycanın hazırkı inzibati idarəetmə sistemi rüşvətlə işləməyə məhkumdur. Ona görə ki, icra hakimləri birbaşa prezident tərəfindən təyin olunur və xalq qarşısında heç bir hesabatlılığı yoxdur. Zöhrab İsmayıl əlavə edib ki, Azərbaycanda rüşvət probleminin həlli köklü dəyişiklik tələb edir. Bu da ki, Azərbaycanda yerli əksmərkəzləşdirmə prossesinin aparılması, ölkədə bələdiyyə instutunun rolunun artırılması və onların xalq qarşısında hesabatılığının təmin olunması yolu ilə baş verə bilər.
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib