Azərbaycan vətəndaşları AİHM-nə ən çox hansı hüquqlarının pozulması barədə şikayət edir?
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 10 dekabr 1948-ci ildə İnsan hüquqları haqqında Ümumi Bəyannamə qəbul edib. 1950-ci ildən başlayaraq hər il 10 dekabr tarixi "İnsan Hüquqları Günü" kimi qeyd edilir. Avropada əsas insan hüquq və azadlıqlarının qorunmasından ötrü Azərbaycanın da qoşulduğu və 1950-ci il noyabrın 4-də qəbul edilən “Avropa İnsan Hüquqları Konvensiyası” mövcuddur. Onun beynəlxalq müqavilələrdən başlıca fərqi ondan ibarətdir ki, bu konvensiyaya əsaslanan və eyni zamanda real işləmə mexanizminə malik Avropa İnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir. Avropa İnsan hüquqları məhkəməsinin 2019-cu il üçün illik fəaliyyəti barədə qeyd edilir ki, Avropa Şurasına üzv olan 47 dövlətə qarşı ümumilikdə 59 min 800 şikayət daxil olub. Bunlardan 1950-i Azərbaycanın payına düşür, beləliklə 2019-cu ildə Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinə ən çox şikayət olunan 10 ölkə arasında 6-cı yerdə qərarlaşıb. Vəkil Elçin Sadıqov Azərbaycan vətəndaşlarının ən çox hansı hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etdiyi barədə danışıb. Azərbaycanda isə İnsan Hüquqları Günü prezident İlham Əliyevin fərmanı ilə 2007-ci il iyunun 18-dən qeyd olunur. 90-cı illərdən etibarən Azərbaycan 200-dən çox beynəlxalq konvensiyanı qəbul edib, onların 70%-i birbaşa insan hüquqlarının müdafiəsinə yönəlib. Yerli və xarici təşkilatlar hər il öz hesabatlarında Azərbaycanda insan haqlarının pozulması faktlarını qeyd edirlər. Ancaq Azərbaycan rəsmiləri bu ittihamları təkzib edir, hesabatların isə qərəzli olduğunu deyirlər.
Episodes
-
Yanvar 13, 2025
Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edilib
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?
-
Yanvar 10, 2025
Tofiq Yaqublunun məhkəməsində insident yaşanıb