Accessibility links

Rəsul Mürsəlov “Həbsxanalara telefon keçirilməsinin qiyməti 200 manatdır”


“Azərbaycan həbsxanalarına telefon keçirilməsinin qiyməti 200 manatdır”
please wait

No media source currently available

0:00 0:05:14 0:00

Siyasi fəal Rəsul Mürsəlovla müsahibə

Hollandiyada yaşayan siyasi fəal Rəsul Mürsəlov Amerikanın Səsinə müsahibəsində Penitensiar Xidmət tərəfindən martın 21-ində yayılmış Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadənin həbsxanaya mobil telefon və danışıq kartı keçirməsi xəbərini şərh edib.

Rəsul Mürsəlovun sözlərinə görə, xəbərin Penitensiar Xidmətə aid olması həmin məlumatın ciddiliyinə dair şübhə yaradır.

“Penitensiar Xidmət dəfələrlə yalan məlumatlar verib və bu yalanlar ifşa olunubdur. Mən şəxsən öz təcrübəmdən çıxış edərək deyirəm ki, Azərbaycan həbsxanalarına telefonun keçirilməsinin qiyməti 200-300 manatdır.”

Siyasi fəal bildirib ki, Qobustan həbsxanası qapalı tipli cəzaçəkmə müəssisəsi olduğu üçün bu bir az çətin məsələ olsa da, burada da şübhəli məqam var.

“Qobustan həbsxanasında yatan və kriminal aləmdə tanınmış bir çox şəxslərin həmin həbsxanada ola-ola çəkib, paylaşdığı yüzlərlə fotonu görə bilərik. Bu da onu sübut edir ki, rüşvət qarşılığında Qobustan həbsxanasına da sözdə qadağan olunmuş mobil telefon vasitəsinin keçirilməsi baş verən hadisədir. Lakin Taleh Bağırov siyasi məhbus olduğu üçün onun həbsxanaya telefon keçirməsi mümkün deyil.”

Rəsul Mürsəlov əlavə edib ki, həbsxanalarda məhkumların yaxınları ilə danışmaq hüququ həftədə iki dəfə, hər biri 15 dəqiqə olmaqla müəyyən edilsə də, Azərbaycandakı reallıq budur ki, məhkumlar müəyyən məbləğ qarşılığında istədikləri qədər danışa bilirlər.

“Məsələn, mənim məhbus olduğu 14 saylı cəzaçəkmə müəssisəsindən misal gətirə bilərəm ki, qanunla danışıq hüququ verilməsinə baxmayaraq rəhbərlik buna 1 manat qarşılığında icazə verirdi. Əgər siz bir manatı verməsəydiniz heç kim telefonla danışa bilməzdi. 1 manatını verdiyin təqdirdə isə həftənin nəinki iki günü, lap yeddi günü də danışa bilərdin.”

XS
SM
MD
LG