Accessibility links

Azərbaycan Xəzərdə təlim keçirib


Təlimlərdə 1200 hərbiçi, habelə 21 gəmi, 20 sürətli qayıq, 8 vertolyot iştirak edib.

Azərbaycanın Sərhəd Xidməti çərşənbə günü Xəzərin Azərbaycan sektorunda neft-qaz rayonlarının və infrastrukturun müdafiəsi məqsədilə Xəzərdə keçirilən bir həftəlik taktiki təlimlərin başa çatdığını bildirib.
Təlimlərdə sahil mühafizə xidmətinin gəmiləri, qayıqlar, vertolyotlar, habelə Fövqəladə Hallar Nazirliyinin vertolyot və yanğınsöndürən gəmiləri iştirak edib.
Təlimlər üç mərhələdə keçirilib. Təlim zamanı şərti terrorçu qrup zərərsizləşdirilib.
Şərti qrup “İynə” zenit-raket kompleksinin köməyi ilə məhv edilib. Bundan başqa, düşmənin sualtı qrupu məhv edilib. Təlimlərdə zenit-raket qurğularından, iriçaplı pulemyotlardan və müxtəlif raket qurğularından istifadə olunub.
Ümumilikdə təlimlərdə 1200 hərbiçi, habelə 21 gəmi, 20 sürətli qayıq, 8 vertolyot iştirak edib.

XS
SM
MD
LG