Accessibility links

Azərbaycan xilasediciləri zəlzələ zonasında 44 nəfəri xilas edib


Azərbaycan xilaserdiciləri zəlzələ zonasında (Foto Fövqəladə Hallar Nazirliyinindir)
Azərbaycan xilaserdiciləri zəlzələ zonasında (Foto Fövqəladə Hallar Nazirliyinindir)

“Azərpoçt”un bütün şöbələrində Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım qəbuluna başlanıb.

Fevralın 9-dan “Azərpoçt”un bütün ölkə üzrə poçt şöbələrində Türkiyədə zəlzələ qurbanlarına yardımların qəbuluna və göndərilməsinə başlayıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

“Göndərişlərə görə heç bir xidmət haqqı alınmır. Bununla belə bağlamaların qəbulu və qablaşdırılması adi poçt göndərişi qaydasında həyata keçirilir, yəni göndərilən mallar vətəndaşın iştirakı ilə siyahıya alınır və qablaşdırılır”, məlumatda qeyd edilir.

Nazirlik vətəndaşlardan yardımların hazırlanması zamanı Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) qoyduğu tələblərə riayət etmələrini xahiş edir.

“Nəzərinizə çatdıraq ki, istifadə olunmuş geyimlər və əşyalar gigiyenik şərtlər və epidemiya riski baxımından qəbul olunmur. Bundan əlavə, tez xarab olan və daşınması mümkün olmayan məhsullar göndəriş üçün qəbul edilmir”, məlumatda qeyd edilir.

Yardım məqsədilə palto, plaş, papaq, şərf, əlcək, qış ayaqqabıları, isti üst geyimləri, alt paltarları, çadır, döşək, yorğan, yastıq, termos, uşaq bezləri, əl fənəri, generatorlar qəbul olunur.

“SOCAR Türkiyə” zəlzələ baş verən vilayətlərdə yanacaqdoldurma məntəqələrinin sayını artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” zəlzələ baş verən vilayətlərdə təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edən yanacaqdoldurma məntəqələrinin (YDM) sayını artırıb.

Bu barədə şirkətin "Twitter" hesabında bildirilib.

"Adıyaman, Aksaray, Qaziantep, Hatay, Kahramanmaraş, Mersin və Şanlıurfadakı yanacaqdoldurma stansiyalarından təcili yardım, yanğınsöndürmə briqadaları və növbətçi bütün xilasetmə vasitələrinə pulsuz yanacaq verdiyimiz məntəqələrin sayını artırdıq.

Xilasedicilər 37 nəfəri xilas edib

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyədə dağıntılar altından 9-u uşaq olmaqla 44 nəfəri sağ, 164 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib. Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliynin məlumatında deyilir.

Nazirlik bildirir ki, Azərbaycan xialsediciləri güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirir.

Fevralın 6-dan indiyədək Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir. Bununla yanaşı, Müdafiə Nazirliyinin 20 nəfəfrlik hərbi tibbi personalı zəlzələ zonasındadır.

Eyni zamanda ölkə ictimaiyyəti topladığı yüz tonlarla humanitar yardımı TİR-lər vasitəsi ilə Türkiyəyə yola salıb.

Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin, modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir.

Azərbaycan Müdafiə Nazirliyi Türkiyəyə yardım göndərib

Müdafiə Nazirliyinin məlumatına görə, nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvlərinin Türkiyədə zərərçəkənlərə yardım etmələri üçün müvafiq hərbi hissələrdə toplama məntəqələri yaradılıb.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyəyə yardım göndərilib. (Foto: Müdafiə Nazirliyi)
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyəyə yardım göndərilib. (Foto: Müdafiə Nazirliyi)

“Hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən könüllü şəkildə gətirilən geyimlər və ərzaq məhsulları təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınıb” məlumatda qeyd edilib.

Könüllü Yardım Fondu 45 TİR yardım göndərib

Könüllü Yardım Fondunun əməkdaşı Elnur Əliyev fevralın 9-da bildirib ki, Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara Azərbaycanda yardım aksiyasının üçüncü günüdür.

“Üç gündə artıq 45 TİR tam dolubdur. 20 TİR dünən gömrükdən keçib. Hazırda 25 TİR dolub sənədləşmə aparılır, yekunlaşsın yola salınacaq”, o Facebook səhifəsində yazıb.

XS
SM
MD
LG