“Azərbaycandakı avtoritar sistem siyasi partiyaların hakimiyyətə gəlmək üçün seçkidən istifadəsini məhdudlaşdırır”
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Amerikanın Səsinə müsahibəsində növbədənkənar parlament seçkilərindən sonra Azərbaycandakıl siyasi-ictimai vəziyyəti şərh edib. Seçki ekspertinin sözlərinə görə, son parlament seçkiləri mövcud siyasi sistemdə gerçək anlamda siyasi partiyalara yer olmadığını təsdiq etdi. “Çünki, ölkədə seçki institutu mövcud deyilsə, bu zaman siyasi partiyalar demokratik cəmiyyət üçün vacib funksiyalarını icra edə bilmir və gec-tez marginallaşmağa məruz qalır. Nə “Siyasi partiyalar haqqında” qanun, nə də Seçki Məcəlləsi siyasi partiyalara hər hansı üstünlük tanımır. O zaman sual yaranır – bəs ölkədə bu qədər siyasi partiyanın varlığı, bəzi partiya sədrlərinin parlamentdə təmsilçiliyi, Prezident Administrasiyasından zənglər, qəfil görüşlər nəyə lazımdır?”
Episodes
-
Noyabr 26, 2024
Ankaranın simvolu Anıtkabir
-
Noyabr 26, 2024
Ukrayna Qolodomor qurbanlarının xatirəsini yad edir
-
Noyabr 26, 2024
Azər Qasımlı Bakı Şəhər Baş Polis idarəsində dindirilib