Accessibility links

Azərbaycanda işçi hüquqları qorunurmu?


Azərbaycanda işçi hüquqları qorunurmu?
please wait

No media source currently available

0:00 0:03:48 0:00

Mayın 23-də "Domino's Azerbaijan" şirkətinin kuryeri olan Ülvi Məmmədov çatdırılma edərkən motosikletlə qəza keçirib və baş verən qəza nəticəsində həyatını itirib. Sosial mediada bu qəzanın "30 dəqiqə Çatdırma kampaniyası" nəticəsində baş verdiyi vurğulanır. Şirkətin əməkdaşları pizzanı müştəriyə vaxtında çatdırmadıqda, həmin məbləğ kuryerlərin məvacibindən çıxıldığı deyilir. Bu isə motosikletlərlə sifariş çatdıran kuryerlərin həyatını riskə atır. Şirkət isə öz açıqlamasında bildirib ki, hadisənin baş vermə səbəbləri hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Şirkətin rəsmi saytında kampaniya ilə bağlı qeyd olunub ki, şirkət 30 dəqiqdən gec olan sifarişlər üçün kuryerin məvacibindan heç bir məbləğ tutmur. 27 may tarixində şirkətinin daha bir əməkdaşı Samir İmanov qəzaya uğrayıb. Şirkət onun vəziyyətinin normal olduğunu bildirib. İşçi hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai fəal Çingiz Topçiyev deyir ki, belə kampaniyalar dünyada müxtəlif şirkətlər tərəfindən keçirilir. Bu kampaniyaların əlverişsizliyi ondadır ki, bir bölgədə həmin şirkətin filiallarının çox olması və şəhərin ictimai nəqliyyat sisteminin ona uyğun olması 30 dəqiqə ərzində çatdırılmaya kömək ola bilər, lakin Azərbaycan reallığına baxanda görürük ki, nəqliyyat yolları buna uyğun deyil. Həm də sistem işçilərin tərəfində olmadığı üçün belə kampaniyalar özünü doğrultmur. İctimai fəal deyir ki, Azərbaycanda demək olar ki, bütün iş sahələri üzrə çalışan “Həmkarlar ittifaqı” var, amma onların fəaliyyəti qənaətbəxş deyil. O, həmçinin işçilərin hüquqlarının qorunması məsələsinə də toxunub.

XS
SM
MD
LG