AXCP üzvləri ev dustaqlığına buraxıldılar
"Qarabağa azadlıq!" şüarıyla iyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən yürüşdən sonra həbs olunan 36 nəfərdən 21-i noyabrın 17-də ev dustaqlığına buraxılıb. Bu məsələyə prokurorluğun vəsatəti əsasında noyabrın 16-da Səbail Rayon Məhkəməsində baxılıb, qərar noyabrın 17-də günorta saatlarında Bakı İstintaq Təcridxanasına göndərilib. Daha sonra həmin şəxslər həbsdən buraxılıb. Onların arasında AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmov da daxil olmaqla, 12 nəfər Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri də var. Ev dustaqlığına buraxılanlardan Məmməd İbrahim hesab edir ki, onların həbsi Qarabağ yürüşündən sonra İlham Əliyevin hökumətin iclasındakı çıxışında AXCP-yə qarşı yeni repressiya göstərişinin tərkib hissəsi idi. AXCP Rəyasət Heyətinin digər üzvü Asif Yusifli Amerikanın səsinə bildirib ki, hökumət bu məsələdə onların təqsirinin olmamasını özü də bilirdi. O, iddia edir ki, onların əleyhinə ifadə verən şahidlər bunu işgəncə altında edib.
Episodes
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb