AXCP üzvlərinin apelyasiya şikayəti təmin edilməyib
İyulun 15-də Qarabağa dəstək yürüşündən sonra saxlanılan AXCP üzvləri haqqında həbs qərarından apelyasiya şikayəti verilib. İyulun 27-də Bakı Apellyasiya Məhkəməsində həbsdəki cəbhəçilərdən beşinin, həmçinin partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimovun şikayətinə baxılıb. Ramid Nağıyev, Seymur Əhmədzadə, Ayaz Məhərrəmli, Baba Süleymanov, Məhəmməd İmanlı və Mehdi İbrahimovun şikayətləri təmin edilməyib, onların barəsində həbs-qətimkan tədbiri seçilməsi haqda qərarlar qüvvədə saxlanıb. Vəkillər bildirib ki, iyulun 27-də şikayətinə baxılan şəxslərin heç biri özünü təqsirli bilmir.
Episodes
-
Yanvar 13, 2025
Gənc güləşçilərin müharibə dövründə qazandığı uğurlar
-
Yanvar 13, 2025
Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edilib
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?