AXCP üzvünün apelyasiya şikayəti təmin edilməyib
Fevralın 16-da Bakı Apelyasiya Məhkəməsində AXCP üzvü Məhəmməd İmanlının məhkəmə prosesi keçirilib. Məhkəmə onun barəsində 1 il müddətinə azadlıqdan məhrumetmə qərarını qüvvədə saxlayıb. Məhəmməd İmanlının vəkili Əsabəli Mustafayev bildirib ki, onlar Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək. Müdafiə tərəfi artıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib. Məhəmməd İmanlı 14 iyul “Orduya dəstək yürüşü”ndən sonra saxlanılıb. Fəal koronavirusu yaymaqda ittiham olunur. İmanlı ittihamı rədd edir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir. O deyib ki, saxlanmadan öncə koronavirusa yoluxmayıb və COVID-19 daşıyıcısı olması barədə heç bir sübut təqdim edilməyib.
Episodes
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb