Accessibility links

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Azərbaycanda jurnalistə çıxarılmış hokmü pisləyib


Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli

ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Harlem Dezir Azərbaycanda bastainfo.com saytının redaktoru Mustafa Hacıbəyli barəsində çıxarılmış hökmlə bağlı ciddi narahatlığını bildirib.

Harlem Dezir, ATƏT-in Media Azadlıqları üzrə nümayəndəsi
Harlem Dezir, ATƏT-in Media Azadlıqları üzrə nümayəndəsi

Bakı Ağır Cinayətlər Məhkəməsi Hacıbəylini dövlət əleyhinə açıq çağırışlar, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı ittihamı ilə iki il sınaq müddəti olmaqla, beş il yarım müddətinə şərti cəzaya məhkum edib.

Məlumata görə, ittihamlar bastainfo.com-un 2018-ci ildə elektrik enerjisi verilməsində fasilələr və Gəncə şəhərinin icra başçısına qarşı hücumla bağlı yalan və qanunsuz məlumat yayması ilə bağlıdır.

Mən hakimiyyəti jurnalistin maneəsiz və ATƏT-in KİV azadlığı ilə bağlı öhdəliklərinə tam uyğun şəkildə işləmək imkanı verməyə çağırıram.
Haplem Dezir, ATƏT-in media azadlığı üzrə nümayəndəsi

"Məhkəmənin Mustafa Hacıbəylinin işi üzrə bu qərarı Azərbaycanda ifadə və KİV azadlığı ilə bağlı narahatlıq doğuran təmayül olduğunu göstərir. Mən hakimiyyəti apellyasiya qaydasında işə yenidən baxmağa və jurnalistin maneəsiz və ATƏT-in KİV azadlığı ilə bağlı öhdəliklərinə tam uyğun şəkildə işləmək imkanı verməyə çağırıram", deyə Dezirin bəyanatında bildirilir.

ATƏT nümayəndəsi məhkəmə təhqiqatı zamanı xeyli pozuntular olduğunu və redaktora qarşı irəli sürülmüş ittihamlarla bağlı dəlillərin olmadığını qeyd edir.

Dezir həmçinin bənzər ittihamlarla məhkəmə qarşısına çıxarılacaq criminalaz.com onlayn platformasının redaktoru Anar Məmmədovun işi üzrə narahatlığını təkrar edib.

"Fikri ifadə azadlığı hüququnun istənilən şəkildə məhdudlaşdırılması qanunun aliliyi, zərurət və mütənasiblik prinsiplərinə tamamailə uyğun şəkildə tətbiq edilməlidir. KİV azadlıqları öz işlərinə görə təqibə məruz qalmamalıdır", deyə Dezir bildirib

XS
SM
MD
LG