Accessibility links

ATƏT hüquq müdafiəçilərinin qorunmasına dair yeni qaydalar qəbul edəcək


Berndə “ATƏT və hüquq müdafiəçiləri” mövzusunda konfrans keçirilir
Berndə “ATƏT və hüquq müdafiəçiləri” mövzusunda konfrans keçirilir

Sənəd hüquq müdafiəçilərinə hökumətlər tərəfindən təzyiqlərin aradan qaldırılması, beynəlxalq öhdəliklərə əməl olunmasına dair tədbirləri nəzərdə tutur

İyunun 10-11-də Berndə “ATƏT və hüquq müdafiəçiləri” mövzusunda konfrans keçirilir.

Tədbiri ATƏT-in hazırki sədri, İsveçrə prezidenti Didye Burkhalter açıb.

Konfrans iştirakçısı, Reportyorlarin Azadliğı və Təhlükəsizliyi Institutunun rəhbəri Emin Hüseynov Amerikanın Səsinə bildirib ki, ATƏT hüquq müdafiəçilərinin qorunmasına dair yeni qaydalar qəbul etmək niyyətindədir. Forumda əsasən ATƏT-ə üzv ölkələrdə bu məsələni tənzimləyən sənəd təqdim edilib.

Sənəd hüquq müdafiəçilərinə hökumətlər tərəfindən təzyiqlərin aradan qaldırılması, beynəlxalq öhdəliklərə əməl olunmasına dair tədbirləri nəzərdə tutur.

Bundan əlavə, konfransda ATƏT ölkələrində hökuməti tənqid etdiyinə görə jurnalistlərin həbsi məsələsi qaldırılıb.
Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks və DTIHB-in rəhbəri Janez Lenarçiç Avropa ölkələrində siyasi motivli həbsləri, əsasən hüquq müdafiəçisi Anar Məmmədlinin həbsini pisləyiblər.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG