"Aquşa obrazı heç vaxt məni tərk etməyəcək"
13 ildir kloun kimi işləyən Aquşa prezident İlham Əliyevə video-müraciət edib. Karantin rejimi onun gəlirinə təsir edib və maddi vəziyyəti ağırlaşıb. İş dalınca gedərkən polis onu 200 manat məbləğində cərimə edib. Aquşa inanır ki, prezident onun müraciətini cavabsız qoymayacaq. O deyir ki, 190 manatlıq birdəfəlik yardım üçün müraciət etsə də, adına torpaq olduğu üçün ona imtina cavabı gəlib. Aquşa deyir ki, karantin rejimi davam edərsə, o peşəsini dəyişmək məcburiyyətində qalacaq. Lakin Aquşa obrazı onu heç vaxt tərk etməyəcək.
Episodes
-
Yanvar 13, 2025
Gənc güləşçilərin müharibə dövründə qazandığı uğurlar
-
Yanvar 13, 2025
Bəxtiyar Hacıyev 10 il azadlıqdan məhrum edilib
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?