Azərbaycan üçün Beynəlxalq Tərəfdaşlıq Qrupu Avropa Şurası Parlament Assambleyasını Azərbaycanda siyasi məhbusların azad edilməsinə dair ciddi ölçülər götürməyə çağırıb. Azərbaycanda ifadə azadlığına görə dərin narahatlığını bildirən qrup bu ölkəini qrum qarşısındakı öhdəliklərinə sabiq qalmasının vacibliyini önə çəkib.
Azərbaycanın Avropa Şurasının İnsan Hüquqları və Beynəlxalq Qanunlar Konvensiyasına imza atmasına baxmayaraq, müntəzəm şəkildə öhdəliklərinə əməl etmədiyi və qanunları pozduğu bildirilir.
ABTQ Xural Qəzetinin baş redaktoru Əvəz Zeynallı, bloger Bəxtiyar Hacıyev, insan hüquqları müdafiəçisi Vidadi İskəndərov və digər fəalların dərhal azadlığa buraxılmasına çağırıb. Qrupun AŞPA-ya ünvanlandığı müracətdə aşağıdakı sahələrə diqqət yetirilməsi tələb edilir:
-Siyasi motivlərə görə həbs edilənlərin dərhal azad edilməsi;
-Azərbaycan hökumətinin siyasi məhbuslara xüsusi məruzəçilərlə görüşmə imkanı yaratması;
-Azərbaycanın Avropa Konvensiyası qarşısındakı öhdəliklərə əməl etməsi;
-Azərbaycanın 1750 saylı qərtnamədə tövsiyə edilən şərtlərə əməl etməsi;
-Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycanın Avropanın İnsan Hüquqları Məhkəməsinin hökmlərinin icrasını təminat altına alması.