Accessibility links

AŞPA-nın məruzəçisi Azərbaycanda səfərdədir


AŞPA-nın məruzəçisi Azərbaycanda səfərdədir
AŞPA-nın məruzəçisi Azərbaycanda səfərdədir

Görüşdə seçkilər, toplaşmaq azadlığı, insan hüquqları, media azadlığı, həbsdə olan jurnalistlərlə bağlı problemlərə toxunub.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Jozef Debono Qrex Azərbaycanın müxalifət partiyalarının nümayəndələri, qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri media rəhbərləri ilə görüşüb.
Müxalifət partiyalarını görüşdə AXCP, Müsavat, Liberal, Demokrat partiyaları təmsil edib. Görüşdə müstəqil medianı təmsil edən Turan Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, həmməruzəçiyə azad medianın durumunun çətin olduğunu deyib. Onun fikrincə, ölkədə media müstəqil yaşaması çox çətindir. “Reklam bazarı tam nəzarətdədir”.
Cənab Əliyevin dediyinə görə, həmçinin həbsdə olan jurnalistlər, televiziya və radio sahəsində plüralizmin olmaması, 2013-cü ildə keçiriləcək prezident seçkiləri zamanı müstəqil mətbuatın qarşılaşacağı problemlər ətrafında da fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG