Accessibility links

Beynəlxalq hüquq təşkilatı Azərbaycan hökumətini bütün siyasi məhbusları azad etməyə səsləyib


Beynəlxalq hüquq təşkilatı Azərbaycan hökumətini bütün siyasi məhbusları azad etməyə səsləyib
Beynəlxalq hüquq təşkilatı Azərbaycan hökumətini bütün siyasi məhbusları azad etməyə səsləyib

Amnesty İnternaitonal bu gün 20 yaşlı gənc fəal Cabbar Savalanın azad edilməsi ilə bağlı bəyanat yayıb. Hüquq müdafiəçiləri Savalanın azad edilməsini vacib addım saydıqlarını desələr də, Azərbaycan hökumətini "dinc etiraz aksiyalarından sonra aprel ayında həbs olunmuş daha 16 vicdan məhbusunu" azad etməyə çağırıb.

“Bir vicdan məhbusunun azad edilməsi həmişə sevindirici bir hadisədir, lakin indi isə ona qarşı olan hökmün ləğv edilməsi və onun şərəfinin bərpa edilməsi lazımdır” - deyə Amensty İnternationalın Avropa və Mərkəzi Asiya üzrə direktor muavini Con Dalhuyzen bildirib.

“Cabbarın azadlığa buraxılması vacib birinci addımdır – amma eyni bahar mitinqlərindən qalmış 16 vicdan məhbusu hələ də həbsdə əzab çəkir. Onların azadlığı Azərbaycanda ədalətin təmin edilməsi üçün zəruri olardı”

Cabbarın işi Amnesty İnternaitonalın illik Dekabr Məktub Yazı Marafonunun bir hissəsi idi. 80-dən artıq olkədən yüz minlərlə adam hərəkata qoşularaq insan haqlarına hörmət edilməsini tələb etdilər. 2011-ci il marafonunda Cabbarın azad edilməsinədək bir milyondan çox müraciət olunmuşdur.

“Bir daha dostlarımla olmaq məni sevindirir. İndi onlarla və ailəmlə vaxt keçirə bildiyimə görə çox sevinirəm”. Bu sözləri dünən axşam Cabbar Amnesty İnternationala söyləmişdir.

“Amnesty İnternaitonal nəinki Azərbaycanda, həm də bütün dünyada insan haqlarının və azadlığın simvoludur. Mən sizə və Azərbaycanda azadlıq uğrunda mübarizə aparan hər bir təşkilata təşəkkürümü bildirmək istəyirəm”.

Cabbar Savalan Facebook vasitəsi ilə Misirdə baş verən dəyişikliklərdən ilhamlandıqdan və hökumətə qarşı dinc etiraz aksiyalarına çağırış etdikdən bir gün sonra, 5 Fevralda narkotik maddə saxlamaqda ittiham olunmuş və həbs edilmişdir. Keçirilmiş qan analizi onun qanında narkotikin olmadığını göstərdiyinə baxmayaraq, istintaq zamanı vəkilsiz olarkən onu hədələyərək alınan etiraf üzrə məhkum edilmişdir.

Mart və Aprel aylarında yüzlərlə aksiyaçı kücələrə çıxaraq hakimiyyət korrupsiyasına qarşı və azad və ədalətli seçkilər və insan haqlarına hörmət tələb edərək mitinqlərdə iştirak etdilər.

Amnesty İnternationalın Noyabr ayında dərc olunan Azərbaycan: Heç Vaxt Çiçəklənməyən Bahar adlı hesabatı yüzlərlə aksiyaçının həbsi və onlardan 17-sinin təşkilatçı kimi və ya mitinqə çağırış etdikləri ittiham olunmalarına görə ədalətsiz məhkəmələrin hökmləri ilə uzun müddət azadlıqdan məhrum olunduqlarını qeyd edir.

Cabbar Savalanın Amnesty İnternationala bildirib ki, həbsi onun iradəsini artırıb və Azərbaycan hakimiyyəti tərəfindən tapdanmış hüquqları uğrunda mübarizəsində onu ruhlandırıb: “Bizi həbs və cəza ilə qorxuda bilməzlər. Bizi həbs edə bilərlər, amma heç vaxt bizi sındıra bilməzlər. Əqıdə azadlığı bizim və hamının haqqıdır. Biz mübarizəmizə davam edəcəyik.”

May 2012-də Azərbaycan 2012 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəndə beynəlxalq icmanın diqqətini cəlb edəcək. Azərbaycanlı fəallar Amnesty İnternationalın dəstəyi ilə bu fürsətdən istifadə edirlər və dünyanın diqqətini hakimiyyətin insan haqlarının kobud şəkildə pozduğuna cəlb edirlər.

XS
SM
MD
LG