Pakistanın kəşfiyyat rəsmiləri Amerikanın pilotsuz təyyarəsinin Talibanla əlaqəsi olan 5 yaraqlını öldürüdüyünü bildirib. Bu gün növü məlum olmayan qırıcı tərəfindən Cənubi Vəziristanın Əzəm Varsak şəhərində Taliban komandiri Məlvi Nazirin qardaşı və 4 digər adamın öldürüldüyü bildirilir. Öldürülən dörd nəfərdən biri Nazirin qohumudur. Nazir Pakistanın qəbilə regionunda qüdrətli komandirlərdən biri hesab edilir. Onun döyüşçüləri NATO və Amerikanın Əfqanıstandakı qüvvələrinə qarşı hücumlar təşkil edir.
Amerikanın pilotsuz təyyarəsi Talibanla əlaqəsi olan 5 yaraqlını öldürüb
- Amerikanın səsi
