Accessibility links

Amerikanın Səsi Ukraynanın şərqində hərbi birləşmələrin hərəkətini müşahidə edib


Ukrayna prezidenti Petro Poroşenkonun tam-miqyaslı müharibənin başlaya bilməsi ilə bağlı xəbərdarlıq etdiyi bir vaxt, Ukrayna əsgərləri Rusiya tərəfdarı separatçılara qarşı hərbi əməliyyatlar aparmaq üçün regionda hərəkət edir.

Amerikanın Səsiin müxbiri Kramatorsk dəmiryolu vağzalına çox sayda Ukrayna əsgərinin gəldiyini və onların hərbi maşınlarda şəhərdə hərəkət etdiyini müşahidə edib.

Ukrayna prezidenti Petro Poroşenko ölkənin şərinqdə üsyançıların nəzarət etdiyi bölgələrdə təxminən 9 min Rusiya əsgərinin olduğunu deyib.

Çərşənbə günü parlament qarşısında çıxış edən Ukrayna prezidenti Petro Poroşenko ölkənin şərinqdə üsyançıların nəzarət etdiyi bölgələrdə təxminən 9 min Rusiya əsgərinin olduğunu və onların mövcudluğunun Ukrayna hərbi qüvvələrinə qarşı yeni hücumlar təhlükəsi yaratdığını deyib.

Regionda keçən həftə döyüşlər yenidən başlayıb. Ukrayna rəsmilərinin bildirdiyinə görə, mindən çox Rusiya tərəfdarı döyüşçü artilleriya və tankaların müşayiəti ilə şəhərin qərb hissəsində sübh vaxtı hücum həyata keçirib.

Rusiya Ukraynada əsgəri qüvvəsinin olduğunu rədd edir və orada olan Rusiy vətəndaşlarının könüllü olduqlarını bildirir.

Üsyançılar 15 mülki şəxs və döyüşçünün həlak olduğunu, Kieyv rəsmiləri isə Mariinka şəhəri yaxınlığında ordunun üç əsgərinin öldürüldüyünü və 30-dan çox əsgərin yaralandığını bildirib.

Atəşkəsin ən ciddi şəkildə pozulması

Avropa İttifaqı son döyüşləri fevral ayında tərəflərin əldə etdiyi atəşkəs razılığının ən ciddi şəkildə pozulması adlandırıb.

Cümə axşamı Brüsseldə danışan Avropa İttifaqının xarici siyasət məsələləri üzrə sözçüsü Maya Kosyançiç döyüşlərin zorakılıqların yeni dalğasına yol aça biləcəyinə deyib. O, döyüşən tərəfləri Minskdə əldə edilmiş atəşkəsə razlığına əməl etməyə çağırıb. Avropa İttifaqı Moksvaya qarşı sanksiyaları atəşkəs razılığının yerinə yetirilməsindən asılı olaraq ya yüngülləşdirə, ya da ciddiləşdirə bilər.

Fevral ayında Fransa, Almaniya, Rusiya, Ukrayna və Rusiya tərəfdarı separatçılar tərəfindən əldə edilmiş Minsk razılaşmasında tərəflər arasında atəşkəs, eyni zamanda Ukraynanın şərqində münaqişənin davamlı həllinə nail olmaq üçün əsgərlərin və ağır silahların geri çəkilməsi nəzərdə tutulur.

2014-cü ilin aprel ayında Ukraynanın şərqində separatçıların Kiyev hökumətinə qarşı çıxması ilə başlayan münaqişə nəticəsində 6 mn 400-dən çox adam həyatını itirib.

Rusiya münaqişədə iştirakını rədd edir

Kreml münaqişədə birbaşa rol oynadığına təkid edir və üsyançıları silahla təmin edib, döyüşçü göndərdiyini rədd edir.

Çərşənbə günü döyüşlərin başlaması Röyters xəbər agentliyinin müxbirinin Rusiya hərbi qüvvələrinin çox sayda əsgərinin Ukrayna ilə sərhəddə yerləşdirildiyinin şəxsən şahidi olduğu haqda məqaləni dərc etməsindən bir həftə sonraya təsadüf edir. Məlumatda Ukrayna sərhədinin 50 kilometrliyində yaradılmış hərbi poliqonda Rusiyanın çox sayda hərbi qüvvəsi və silahlarının yerləşdirildiyi qeyd edilir.

Burada həmçinin hərbi maşınlarının Rusiyaya adi olduğunu göstərən nömrələrin və əsgərlərin hərbi geyim nişanlarının çıxarıldığı göstərilir.

Röyters müxbirinin yazdıqları Rusiyanın fevral ayında atəşkəsin əldə edilməsinə baxmayaraq, üsyançıları hərbi avadanlıq və döyüşçü ilə təmin etdiyi haqda NATO-nun dəfələrlə verdiyi açıqlamalarının təsdiqi kimi qəbul edilir.

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın separatçılara dəstəyinin ağır silahlar, tanklar, artilleriya, hərbi ləvazimat, hava müdafiə sistemləri və təlimlərdən ibarət olduğunu bildirib.

Atəşkəs haqda razılığq əsasən, hər iki tərəf ağır silahları təmas xəttindən çəkməlidir. Lakin beynəlxalq müşahidəçilər hər iki tərəfin bu şərtləri pozduğunu bildirir.

XS
SM
MD
LG