Ukrayna prezidenti Petro Poroşenko Ukraynanın üsyançıların nəzarətindəki şərq bölgəsində 9 min Rusiya əsgərinin olduğunu bildirib və ölkəsinin genişmiqyaslı hücumlara hazırlıqlıqlı olması barədə xəbərdarlıq edib.
Parlamentdəki çıxışı zamanı Poroşenko onu da əlavə edib ki, yeni hücumlarla bağlı böyük təhlükə var. Prezident bu çıxışını Ukraynanın şərqində separatçıların nəzarətindən kənardakı bölgədə gedən güclü döyüşlərdən bir gün sonra edib.
Təfərlər çərşənbə günü hücumunda biri-birini təqsirləndirib. Lakin Ukrayna rəsmiləri döyüşlərin Donetsk yaxınlığında baş verdiyini, minə qədər Rusiya tərəfdarı üsyançının artilleriyadan və tanklardan istifadə edərək hücuma keçdiklərini bildirib.