Accessibility links

Amerikana - Aqrar festivallar


Amerikana - Aqrar Festivallar
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Amerikana - Aqrar Festivallar

Bu festivallar uşaqların ən sevimli yerlərindəndir

Hər il Birləşmiş Ştatlarda keçirilən yerli aqrar festivallar böyük izdihamı özünə cəlb edir. Ziyarətçilər orada yerli mal-qara görə və qızardılmış yağlı yeməklər yeyə bilər. Ancaq əyləncə həvəskarları birbaşa festivaldakı oyunlar və əyləncələr bölməsinə üz tutur.

Kaliforniya ştatının Kosta Mesa şəhərindəki Orange rayonun festivalında uşaqlar at yarışlarında iştirak etməyi və əyləncə üçün pivə şüşələrini sındırmağı xoşlayır. Onların bir məqsədi var. Bu məqsədi qarşısına qoyanlardan biri də Kori Riçardsdır: “Mənim məqsədim böyük oyuncağı udmaq idi və uddum. İndi çalışıram mümkün qədər çox udum”.

Və nə qədər böyük olsa bir o qədər yaxşıdır.

“Basketbol oynadım. Ya bunu, yada yumru donuzu seçməliydim. Bu, böyük idi. Bunu götürdüm və missiyamı başa vurdum” - deyə Cori bildirir.

Riçards bəxtinin gətirdiyini də etiraf edir. Ancaq udmaq şansı az olsa da, çoxsaylı insan yenə də burada oynamağı sevir. Ki Ən əslən Koreyadandır, amma Kaliforniyada yaşayır: “Mən burda həmişə uduzmuşam. Həmişə pulumu uduzuram, amma yenə də əylənirəm”.

Əgər 1-2 oyun sizi əyləndirmirsə, yuxarı aşağı hərəkət edən karusellər adrenalininizi yüksəldə bilər.

Övladlarının əyləndiyini görmək valideynləri də əyləndirir.

Burada keçirilən at yarışında isə Lanz Nikodemus qalib gəlir: “Ən sevdiyim oyunlardandır. Həmişə uduram”.

Cori Riçardsın udmaq strategiyası pozitiv düşünməsidir: “Düşün ki udacaqsa və ailəni özünlə gətir ki, oyuncaqları götürməyə kömək etsin”.

Əliboş gedənlər üçün isə həmişə gələn ilki aqrar festivalda udmaq imkanı var.
XS
SM
MD
LG