Accessibility links

Amerika səfirliyi: Hacıyevin həbsi fərqli düşünənin məhkəmə vasitəsi ilə cəzalandırılması barədə sual yaradır

ABŞ məhkəmə orqanlarını, cənab Haciyevin apelyasiyasına Azərbaycanın qanunları və beynəlxalq öhdəliklərinə əsaslanaraq baxılmasına çağırır.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi mayın 18-də hərbi qulluqdan yayınma ittihamı ilə iki il azadlıqdan məhrum etmə hökmü çıxarılmış siyasi fəal Bəxtiyar Haciyevin işini yaxından izlətyib. Bəxtiyar Haciyevin Azərbaycanda hakimiyyətə qarşı etiraz aksiyalarını təşkil etmə cəhdlərindən dərhal sonra həbs olunması hökümət rəsmiləri tərəfindən fərqli düşünən şəxsin məhkəmə sistemi vasitəsilə cəzalandırılması barədə sual yaradır. Bu barədə Amerikanın Azərbaycandakı səfirliyinin Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yaydığı bəyanatda deyilir.

“Amerika Birləşmiş Ştatları Azərbaycanda demokratik institutların gücləndirilməsi və qanunun aliliyini əzmlə dəstəkləyir. ABŞ məhkəmə orqanlarını, cənab Haciyevin apeliyasiyasına Azərbaycanın qanunları və beynəlxalq öhdəliklərinə əsaslanaraq baxılmasına çağırır”, -deyə sənəddə qeyd edilir.

XS
SM
MD
LG