Accessibility links

Avropa Şurası Azərbaycanda insan hüquqlarının vəziyyətindən narahatdır


Avropa Şurası Azərbaycanda insan hüquqlarının vəziyyətindən narahatdır
Avropa Şurası Azərbaycanda insan hüquqlarının vəziyyətindən narahatdır

Təşkilatın insan hüquqları üzrə komissarı Tomas Hammerberg Azərbaycana xəbərdarlıq edib ki, söz və toplaşma azadlığı kimi əsas insan hüquqlarının tələblərini yerinə yetirmək üçün tezliklə hərəkə keçsin

Avropa Şurası Azərbaycanda insan hüquqları sahəsində irəliləyiş olmamasından narahatlığını bildirib.Təşkilatın insan hüquqları üzrə komissarı Tomas Hammerberg Azərbaycana xəbərdarlıq edib ki, söz və toplaşma azadlığı kimi əsas insan hüquqlarının tələblərini yerinə yetirmək üçün tezliklə hərəkə keçsin

Cənab Hammerberg deyib ki, Azərbaycan hökuməti Avropa Şurasının bundan bir il əvvəl etdiyi tövsiyələri yerinə yetirməyib ki, bu tövsiyələrin başında xüsusilə hökumətin təngidçilərinin əsassız səbəblərlə cinayət məsuliyyətinə cəlb olunması praktikasına son qoyulması gəlirdi. O deyib ki, " parlamentə namizedlərin, jurnalistlərin və gənclik qruplarının həbsi və susturulması üçün uydurma ittihamıardan istifadə olunub."

Cənab Hammerberg deyib ki, belə hədə-qorxulara son qoyulmalıdır çünkü onlar demokratik ictimaiyətin prinsiplərinə uyğun gəlmir. Hüquq müdafiyəçiləri Azərbaycanı müxaliflərə qarşı represiyalara görə uzun zamandan bəri təngid edirlər.

Azərbaycan rəsmiləri isə ölkədə söz və toplaşma azadlığına tam riayət olunduğunu irəli sürürlər.

Bu arada ABŞ səfiri Amerikanın səsinin sualının cavabında deyib ki, “Amerika davamlı olaraq bildirib ki, dünyanın hər bir vətəndaşı kimi, Azərbaycan vətəndaşları da ifadə azadlığına malik olmalıdır”, - Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza hesab edir ki, hər bir insan cinayət əməli törədərsə və ya cinayətlə əlaqəli olarsa, ölkənin konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq ədalətli məhkəmə ilə təmin olunmalıdır.

Xatırladaq ki, hazırda müxtəlif ittihamlarla 18 müxalif fəal həbsdədir. Onların 14 nəfəri müxalifətin 2 aprel mitinqindən sonra tutulub. Avropa Şurasının rəsmisi düşüncələrinə görə həbsdə olanların dərhal azadlığa buraxılmasına çağırıb.

XS
SM
MD
LG