Accessibility links

Amerika dövlət katibinin köməkçisi Bakıya gəlir


Cənab Bosvell Amerikanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə daxili görüşlər keçirəcək.

ABŞ dövlət katibinin diplomatik təhlükəsizlik məsələləri üzrə köməkçisi Erik Bosvell aprelin 3-də Azərbaycana səfər edəcək. Bu barədə Amerikanın Səsi radiosuna Amerikanın Azərbaycandakı səfirliyindən bildirilib.
Səfirliyin məlumatına görə, E.Bosvell Amerikanın Azərbaycandakı səfirliyinin əməkdaşları ilə daxili görüşlər keçirəcək. Onun Azərbaycanın dövlət rəsmiləri ilə də görüşləri nəzərdə tutulur. Lakin səfər proqramı hələ təsdiq olunmayıb.

XS
SM
MD
LG