Accessibility links

Məhkəmə Leyla Yunusun vəkilini 240 saatlıq ictimai işə cəlb etmək qərarı çıxarıb


Əlaif Həsənov : Bəxtiyar Hacıyev barəsində məhkəmə qərarı sifarişli qərardır
Əlaif Həsənov : Bəxtiyar Hacıyev barəsində məhkəmə qərarı sifarişli qərardır

Bakının Yasamal rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Nuriyyə Hüseynovanın (L.Yunusun keçmiş kamera yoldaşı) iddiası əsasında vəkil Əlayif Həsənovun 240 saat ictimai işə cəlb edilməsi barədə qərar çıxarıb.

Vəkil Nuriyyə Hüseynovanın təcridxanada hüquq müdafiəçisi Leyla Yunusa qarşı fiziki zorakılıq etməsi haqda mətbuata açıqlama verib. Onun açıqlaması “Azadlıq” qəzetinin 2014-cü il 17 sentyabr sayında dərc olunub. Sonradan N.Hüseynova vəkilin onu “cinayətkar”, “residivist” adlandırmasını “təhqir olunması” kimi qəbul edib və məhkəməyə müraciət edib

Ə.Həsənov Amerikanın Səsinə məhkəmə qərarını ədalətsiz və qanunsuz adlandırıb. Onun sözlərinə görə Yasamal rayon məhkəməsinin ümumiyyətlə bu işə baxmaq hüququ olmayıb.

Ə.Həsənov qərardan şikayət verərək işi Avropa məhkəməsinə qədər aparmaq niyyətindədir.

Eyni zamanda o qeyd edib ki, məhkəmənin qərar vəkillik fəaliyyətinə və L.Yunusu müdafiə etməsinə əngəl törədə bilməz.

XS
SM
MD
LG