Accessibility links

Vəkilin məhkəməsi


Əlaif Həsənov : Bəxtiyar Hacıyev barəsində məhkəmə qərarı sifarişli qərardır
Əlaif Həsənov : Bəxtiyar Hacıyev barəsində məhkəmə qərarı sifarişli qərardır

Bu gün Bakının Yasamal rayon Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşı Nuriyyə Hüseynovanın vəkil Əlayif Həsənova qarşı iddiası üzrə növbəti dinləmələr keçirilib.

Xatırladaq ki, vəkil Hüseynovanın birgə qaldıqları təcridxana kamerasında Yunusa qarşı fiziki təzyiq faktlarını yayıb.

Onun məlumatı “Azadlıq” qəzetinin 17 sentyabr 2014-cü il tarixli sayında dərc edilib. Bundan sonra vəkilin onu “cinayətkar” və “residivist” adlandığını Hüseynova bildirib, özünü təhqir edilmiş hesab edib.

Lakin Hüseynovanın məhkumluğu var və “cinayətkar” və “residivist” terminlərindən bu kateqoriyaya aid şəxslər barəsində istifadə olunur, buna görə bu, təhqir hesab oluna bilməz, deyə vəkil bildirib.

Bu iddia üzrə hazırlıq iclası hələ sentyabrın 29-da Sabunçu rayon Məhkəməsində keçirilmişdi. Sabunçu rayon Məhkəməsi işi baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərib.

Sonradan iddiaçı “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi də cavabdeh qismində cəlb edib. Məhkəmə dinləmələri dəfələrlə təxirə salınıb.

Növbəti iclas oktyabrın 29-na təyin edilib, amma bu gün iclasda Hüseynova bildirib ki, Zahidə qarşı iddialarını geri götürür.

Hakim növbəti iclası noyabrın 5-nə təyin edib.

XS
SM
MD
LG