Accessibility links

ABŞ-ın keçmiş prezidenti Corc Buş QİÇS konfransında iştirak etmək üçün Efiopiyadadır


ABŞ-ın keçmiş prezidenti Corc Buş QİÇS konfransında iştirak etmək üçün Efiopiyadadır
ABŞ-ın keçmiş prezidenti Corc Buş QİÇS konfransında iştirak etmək üçün Efiopiyadadır

ABŞ-ın keçmiş prezidenti Corc Buş Afrikada QİÇS-ə dair konfransda iştirak etmək üçün Efiopiya paytaxtı Əddis-Əbəbəyə gəlib. Cənab Buş xanımı və iki qızının müşayiətilə Afrika turunu başa çatdırır.

Səfər zamanı o artıq Tanzaniya və Zambiyada olub. ABŞ-ın sabiq prezidenti PERFAR adı ilə tanınan QİÇS-ə prezident yardım planının yaradılmasında roluna görə fəxri qonaq kimi qarşılanır.

Xəstəliklə mübarizə məqsədilə səhiyyə sahəsində yaradılmış ən böyük təşşəbbüs kimi qiymətləndirilən bu plan əsasında 2003-cü ildən Efiopiyaya 1,4 milyard dollar yardım edilmişdir.

PERFAR çərçivəsində HİV/QİÇS, habelə malyariya və vərəm xəstəlikləri ilə mübarizə məqsədilə proqramlar üçün 39 milyard dollar vəsait ayrılmışdır.

Cənab Buş Amerikanın səsinn Əddis-Əbebədəki müxbirinə deyib ki, Amerika xalqı onların əliaçıqlığı sayhəsində insanların həyatının xilas edildiyini bilməlidir.

Cənab Buş tur zamanı Amnesty International təşkilatının prezidentliyi dövrü dindirmə prosesində insan hüquqları qruplarının işgəncə kimi səciyyələndirdiyi metodlardan istifadəyə icazə verdiyi üçün onun həbsinə dair çağırışları şərh etmək istəməyib.

XS
SM
MD
LG