Əfqanıstan rəsmiləri ölkənin cənubunda avtomobildə yerləşdirilmiş bombanın partlaması nəticəsində 10 nəfərin həlak olduğunu bildirib. Ölənlərin çoxunun qadın və uşaq olduğu deyilir.
Bomba Uruzgan əyalətinin Deh Ravud qəsəbəsində hərəkət edən mini-venin içində partlayib.
Əfqanıstan prezidenti Həmid Karzainin ofisi partlayış nəticəsində səkkiz insanın yaralandığını bildirib. Cənab Karzai günahsiz insanların qanının yerdə qalmayacağını, terroristlərin bu dünyada və axirətdə rüsvay olacaqlarını deyib.
NATO-nun mətbuat katibi Briqadir General Qunter Katz cümə axşamı baş verən hücumu rüsvayçılıq adlandıraraq hadisənin, onun sözlərilə, Aşura günüdən bir neçə gün sonra müqəddəs Məhərrəmlik ayının sonuna yaxın qiyamçıların Əfqanıstan vətəndaşlarına qarşı öz qanlı hücumlarını davam etdirdiyini əlavə edib.
Bomba hücumu nəticəsində həlak olan ailənin Məkkə ziyarətindən yeni gələn qohumuna baş çəkməyə gedərkən baş verdiyi deyilir.
İki həftə öncə Əfqanıstanın qərb əyaləti olan Fərəhdə yol kənarında baş vermiş partlayış nəticəsində toy mərasiminin 17 iştirakçısı həlak olub. Bu hadisənin qurbanlarının da əksəriyyəti qadın və uşaqlar olub.
Birləşmiş Millətlər Təşkilatının bu ilin əvvəli yaydığı hesabatda qiyamçılar tərəfindən istifadə olunan əldəqayırma partlayıcı qurğuların əfqan qadın və uşaqların ölümünə ən böyük səbəb olduğu vurğulanıb.