Əfqanıstanın Azərbaycanda yeni səfirliyi fəaliyyətə başlayıb.
Noyabrın 23-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın yeni təyin olunmuş səfiri Məhəmməd Şakir Kargarı qəbul edib
Etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edən Əfqanıstan səfiri Azərbaycanda çalışacağı dövr ərzində iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirib.
Nazir Məmmədyarov iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin və gücləndirilməsinin zəruriliyini vurğulayıb.
Azərbaycan Əfqanıstanla qeyri-hərbi sahədə geniş əməkdaşlıq edir. Əfqanıstanın mülki və hərbi qulluqçularına təlimlər vermək üçün praktiki layihələr həyata keçirilir. ANAMA ərazilərin minadan təmizlənməsi sahəsində əfqanıstanlı mütəxəssislərə həm Əfqanıstanda, həm də Azərbaycanda təlimlər keçir. Azərbaycan Diplomatik Akademiyası hər il əfqan diplomatlar və dövlət qulluqçuları üçün təlimlər təşkil edir.
Milli Təhlükəsizlik Nazirliyi terrorizmə qarşı mübarizə sahəsində kurs, Dövlət Sərhəd Xidməti isə Əfqanıstan və Mərkəzi Asiya sərhəd xidmətlərinin iştirakı ilə seminar keçirib. Azərbaycanın digər qurumları da əfqan polis və hərbi qulluqçuları da daxil olmaqla Əfqanıstan rəsmiləri üçün müvafiq təlim proqramları həyata keçirir.
Azərbaycan Əfqanıstanın iqtisadi inkişafına investisiya layihələri üzərində işləyir. Hazırda Əfqanıstana investisiya qoyan və bu ölkədə fəaliyyət göstərən bir sıra özəl şirkətləri var.
Eyni zamanda, NATO yüklərinin böyük hissəsi Azərbaycan ərazisi üzərindən daşınır. Həmçinin Azərbaycan 2014-cü ildə NATO qoşunlarının Əfqanıstandan çıxarılması üçün öz ərazisini tranzit kimi təklif edib.