Accessibility links

"İranda qanunlar qadınlara qarşı zorakılığa zəmin yaradır" [Audio]


Süheyla Cövrkeş - İranda üzü turşu ilə yandırılan qadınlardan biri
Süheyla Cövrkeş - İranda üzü turşu ilə yandırılan qadınlardan biri

Güneyli psixiatr Simin Səbri İranda qadınlara qarşı kimyəvi turşu hücumları haqda danışır

“İran İslam Respublikasının qanunvericiliyi qadınlara qarşı həyata keçirilən hücumlara zəmin yaradır. Hakimiyyət qorxu atmosferi yaratmaqla qadınları toplumdan uzaqlaşdırıb evlərində oturtmaq istəyir,” deyə güneyli psixiatr Simin Səbri Amerikanın Səsinə müsahibədə İranda qadınlara qarşı kimyəvi turşu (İran Azərbaycanında "əsid" deyilir) hücumları ilə bağlı təpkisini ifadə edir. Keçən həftələrdə İranın İsfahan şəhərində bir neçə qadın kimlikləri bəlli olmayan kişilər tərəfindən hücumlara məruz qalıblar. Kimyəvi turşu qadınların üzünü yandırıb.

Simin Səbri İranda qadınlara qarşı zorakılılqardan danışır
please wait

No media source currently available

0:00 0:18:43 0:00
Simin Səbri
Simin Səbri

Qadın haqları müdafiəçiləri hücumların sistematik şəkildə həyata keçirildiyini qeyd edərək hakimiyyət və hakimiyyətə yaxın qrupların bu hücumlara zəmin yaratdığını, eləcə də hadisələri önləmək istiqamətində hökümətin ciddi bir addım atmadığından şikayətlənirlər.

Məndən belə insanların ruhi xəstə olub olmadıqlarını soruşurlar. Bunlar ruhi xəstə deyil, inandıqları ideologiyanın xəstəsidirlər. Bu növ radikal şəxslər insanlara hücum edib cinayət törətməklə daha yaxşı bir dünya düzəldəcəklərinə inanırlar.
Simin Səbri

Simin Səbrinin fikrincə, qadınlara qarşı bu qorxunc hücumları həyata keçirən kişiləri cəsarətləndirən son vaxtlarda İranın İslami Şura Məclisində gündəmə çıxan qanun layihələri olub.

Güneyli fəal xüsusilə bu hücumlardan az müddət öncə parlamentdə müzakirəyə qoyulan “Əmr bil-məruf və nəhy ənil-münkər” (Yaxşılığa əmr etmə və pisliklərdən çəkindirmə) layihəsinə işarə edir.

Şiə şəriətində xüsusi önəm daşıyan “Əmr bil-məruf və nəhy ənil-münkər” qaydası əsasında müsəlmanlar başqa müsəlmanları yaxş işlər görməyə dəvət edib, onları pis işlərdən çəkindirməyə öhdəlidirlər. İranda din xadimləri və dövlət rəsmiləri həmin qaydaya istinad edərək əhalini xüsusilə standard hicaba uyğun bir şəkildə geyinməyən qadınlara xəbərdarlıq verməyə çağırırlar.

Simin Səbri qadınlara hücum edən kişiləri ideologiya xəstəsi kimi dəyərləndirir. “Məndən belə insanların ruhi xəstə olub olmadıqlarını soruşurlar. Bunlar ruhi xəstə deyil, inandıqları ideologiyanın xəstəsidirlər. Bu növ radikal şəxslər insanlara hücum edib cinayət törətməklə daha yaxşı bir dünya düzəldəcəklərinə inanırlar,” deyə güneyli psixiatr bildirir.

Qadınlara qarşı bu qorxunc hücumları həyata keçirən kişiləri cəsarətləndirən son vaxtlarda İranın İslami Şura Məclisində gündəmə çıxan qanun layihələri olub.
Simin Səbri

Onun sözlərinə görə, İran hakimiyyəti və qanunvericiliyi bu radikal qrupların fəaliyyətinə zəmin yaradaraq, qadınları hədəf halına gətirib onları toplumdan və iş yerlərindən uzaqlaşdırmaq istəyir. Qadınları evlərində oturmağa məcbur edir.

Güneyli fəal əhalinin gözləri önündə həyata keçirilən edam və şallaq hökmlərini də həmin siyasətin bir təzahürü kimi dəyərləndirir. O, qorxu atmosferi yaradaraq hökümət etməyi İran İslam Respublikasının əsas siyasəti hesab edir.

XS
SM
MD
LG