İranın xəbər agentliklərinə istinadən, sığorta şirkəti 2012-ci ilin dekabrında İranın Qərbi Azərbaycan vilayətində məktəbdə baş verən yanğını zamanı xəsarət alan şagirdlərə qız olduqları üçün təzminatın ancaq yarısı ödənəcək.
Məktəbli qızların vəkili Hüseyn Əhmədi Niyaz bu haqda İSNA xəbər agentliyinə məlumat verib.
Yayılan məlumata görə, ötən günlərdə şagirdlərin ailələri təhsil nazirliyinin binası qarşısına toplaşaraq təzminatın tam olaraq ödənilməsini tələb ediblər.
Miqdarı Şəriət qanunlarına görə müəyyən edilən və “diyə” adı ilə tanınan təzminat məbləğı bəzi hallarda qadınlara yarı, kişilərə isə tam şəkildə ödənilir.
2012-ci il dekabr ayının 5-də, Qərbi Azərbaycan vilayətinin Xana (Piranşəhr) şəhərinin yaxınlığında yerləşən Şinabad kəndində baş verən məktəb yanğını zamanı 30-a yaxın məktəbli qız ağır xəsarət almışdı. Şagirdlərin ikisi daha sonra aldığı ağır yaralar üzündən vəfat etmişlər.
Əhalisinin əksəriyyəti Azərbaycan kürdlərindən ibarət olan Xana şəhərinin rəsmi adı Piranşəhrdir. Şəhər Qərbi Azərbaycan-İraq sərhəddində yerləşir.