Accessibility links

Abbas Lisani Ərdəbil həbsxanasında aclıq aksiyası keçirir


Abbas Lisani
Abbas Lisani

Yanvarın 25-də Təbrizdə qatıldığı məhkəmə iclası tamamlandıqdan sonra saxlanılan Abbas Lisaninin aclıq aksiyası keçirməkdə olduğu və sağlıq durumunun yaxşı olmadığı bildirilir.

Lisani Təbrizdə tutulduqdan bir neçə gün sonra Ərdəbil Ettelaat İdarəsinə təhvril verilib və hazırda Ərdəbil həbsxanasında saxlanılır.

HRA agentliyinin məlumatına əsasən, aclıq aksiyası keçirən fəalın ailəsinə onunla görüşmək icazəsi verilmir.

Abbas Lisaninin həyat yoldaşı Rüqəyyə Əlizadə onun durumunu öyrənmək üçün Şərqi Azərbaycan ədliyyəsinə müraciət edib.
Abbas Lisaninin həyat yoldaşı Rüqəyyə Əlizadə onun durumunu öyrənmək üçün Şərqi Azərbaycan ədliyyəsinə müraciət edib.

Milli fəal bir neçə ay əvvəl qiyabi olaraq mühakimə edildiyi məhkəmədə 10 ay həbsə məhkum edilib. O, yanvarın 5-də həbs hökmünün icrası üçün Təbriz zindanına göndərilmişdi.

Abbas Lisani isə İran Azərbaycanının məşhur musiqi müəllimi Həsən Dəmirçinin Təbrizdəki dəfn mərasimində söylədiyi nitq səbəbilə mühakimə edilib.

Keçən ilin sentyabr ayında “rəsmi damğalı çağırış vərəqəsi” ilə deyil SMS çağırışı ilə məhkəməyə çağırıdığı üçün məhkəmə iclasına qatılmayan Lisani qiyabi olaraq mühakimə edilmişdi.

O, yanvarın 5-də Təbriz zindanına göndərildikdən sonra rəsmi çağırış göndərilmədən qiyabi olaraq mühakimə edilməsinin qanunsuz olduğunu önə çəkərək etiraz bildirmişdi. Lisaninin etirazını qəbul edən hakim onun müvəqqəti olaraq sərbəst buraxılıb və məhkəmənin yanvarın 15-də yenidən keçirilməsinə dair qərar çıxarıb.

Yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinə müraciət edən fəal iclasın tamamlanmasından sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Abbas Lisaninin həbsindən bir neçə gün sonra ona yaxın olan 5 digər fəal Ərdəbil İnqilab Məhkəməsində mühakimə edildilər. Rəhim Qulami, Əsgər Əkbərzadə, Əli Vasiqi, Mehdi Huşmənd və Səid Sadıqifər “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz dəstə təşkil etmək”də günahlandırılır.

Abbas Lisani isə İran Azərbaycanının məşhur musiqi müəllimi Həsən Dəmirçinin Təbrizdəki dəfn mərasimində söylədiyi nitq səbəbilə mühakimə edilib.

Ərdəbildə yaşayan fəal keçən təqribən 15 ilin ərzində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs və mühakiməyə məruz qalıb və Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb.

XS
SM
MD
LG