Accessibility links

Təbriz məhkəməsi Abbas Lisaninin etirazını qəbul edib


Təbriz Məhkəməsi bu yaxınlarda 10 ay həbs hökmünü tamamlamaq üçün həbsxanaya göndərilən türk fəal Abbas Lisaninin etirazını qəbul edərək, hökmün icrasını müvəqqəti olaraq dayandırıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, hakim Əhrabi tanınmış fəalın 100 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmasına dair hökm imzalayıb.

Abbas Lisani bir neçə ay əvvəl qiyabi olaraq mühakimə edildiyi Təbriz İnqilab məhkəməsi tərəfindən 10 ay həbsə məhkum olunmuşdu.

Keçən ilin sentyabr ayında SMS çağırışı ilə məhkəməyə çağırılan milli fəal “rəsmi damğalı çağırış vərəqəsi” göndərilmədiyi üçün məhkəmə iclasına qatılmağı rədd etmişdi.

Abbas Lisani daha sonra rəsmi çağırış göndərilmədən qiyabi olaraq mühakimə edilməsinin qanunsuz olduğunu önə çəkərək etiraz bildirmişdi.

O, İran Azərbaycanının məşhur musiqi müəllimi Həsən Dəmirçinin Təbrizdəki dəfn mərasimində söylədiyi nitq səbəbilə mühakimə edilib.

Ərdəbildə yaşayan fəal keçən təqribən 15 ilin ərzində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs və mühakiməyə məruz qalıb və Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG