Bu gün həm Demokrat həm də Respublikaçılar partiyasını təmsil edən beş ABŞ senatoru demokratiya fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması barədə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Senator Mark Körk və Bencamin Kardinin təşkil etdikləri məktubda Hacıyevin həbsi tənqid olunur.
“Cənab Hacıyevin həbsi və onunla qəddar rəftar ifadə və assosiasiya azadlıqlarının pozulmasıdır. Onun saxlanmasında və onunla rəftarda yol verilən nöqsanları, və cənab Hacıyevin artıq cəzasının yarısını çəkdiyini nəzərə alaraq sizdən onun azad olunmasına vasitəçi olmanızı xahiş edirik,” deyə məktubda bildirilir.
Məktubu imzalayan başqa üç senator Riçard Blumental, Barbara Bokser və Marko Rubiodur.