Accessibility links

ABŞ-ın Texas ştatının Nümayəndələr Palatasında 20 Yanvar hadisələri anılıb


ABŞ-ın Texas ştatının Nümayəndələr Palatasında 20 Yanvar hadisələri anılıb
ABŞ-ın Texas ştatının Nümayəndələr Palatasında 20 Yanvar hadisələri anılıb

Alyaska ştatının vitse-qubernatorunun ofisi də 20 Yanvar hadisələrinin yerli vaxtla saat 3-də bir dəqiqəlik sükutla anılacağını bildirib.

ABŞ-ın Texas ştatının Nümayəndələr Palatasında 20 Yanvar hadisələrinin 21-ci ildönümünü qeyd edilib. Amerikanın səsinin əldə etdiyi məlumata görə, Texas qanunvericisi Con Zervas Birləşmiş Ştatlarda yaşayan azərbaycanlıları təmsil edən qrupların üzvləri ilə görüşüb. Görüşdə ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi olan USAN qrupunun həmtəsisçisi Yusif Babanlı, təşkilatın direktorlar şurasının üzvləri Mehriban Əfəndiyeva və Nərgiz Qasimova, Hyüston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova və digər azərbaycanlılar iştirak ediblər. Qanunverici 20 Yanvar hadisələrinin anılmasına dair qətnaməni diaspor üzvlərinə təqdim edib.

Diaspor təşkilatları üzvlərinin Amerikanın səsinə bildirdirdiyinə görə, 20 Yanvar hadisələrinin Meyn ştatında da anılacağı gözlənilir.

Azərbaycanlıların Qara Yanvar faciəsinin anılması kampaniyası Alyaska ştatında da nəticə verib. Alyaska vitse-qubernatorunun ofisi 20 Yanvar hadisələrinin yerli vaxtla saat 3-də bir dəqiqəlik sükutla anılacağını bildirib.

Bu il ABŞ-da yaşayan azərbaycanlıların apardığı məktub kampaniyasının nəticəsində Nyu Cersi, Nyu York və Pensilvaniya ştatlarının yerli qəzetlərində 20 Yanvar hadisələri ilə bağlı məlumatlar dərc edilib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG