Accessibility links

ABŞ Ukrayna, Moldova və Gürcüstana milyonlarla dollar yardım ayırır


Birləşmiş Ştatlar Rusiya ilə sərhəddə Qərb meylli ölkələrə dəstəyini gücləndirdiyini nümayiş etdirmək məqsədilə Ukrayna, Moldova və Gürcüstana əlavə milyonlarla dollarlıq yardım vəd edib.

Ağ Evin açıqladığı bəyanatda Ukraynaya əlavə yardımın Petro Poroşenkonun Varşavada prezident Barak Obama ilə görüşündən sonra ayrıldığı və ölkədə iqtisadi islahatların keçirilməsi üçün nəzərdə tutulduğu bildirilir.

ABŞ-ın vitse-prezidenti Co Bayden Konqres tərəfindən təsdiq edilməli olan əlavə yardımın ayrılması haqda açıqlamanı Ukraynanın yeni prezidenti Petro Poroşenkonun inaqurasiyasında iştirak etmək üçün Kiyevdə olduğu zamanı verib.

Moldovaya yardımla bağlı Ağ Evin açıqladığı bəyanatda deyilir ki, ABŞ-ın yardımının əsas məqsədi demokratik təsisatlar və ölkədə keçən il Avropa İttifaqı ilə əldə edilmiş ticarət sazişinin reallaşdırıldığı bir vaxt iqtsadiyyatın inkişafına kömək etməkdən ibarətdir. Bu yardım mart ayında elan edilimiş 2,7 milyon dollara əlavə olaraq ayrılır.

Ağ Ev bildirir ki, yeni yardım Moldova və rusdilli Transnistriya arasında əlaqələrin yaxşılaşdırılmasına xidmət edəcək.

Ağ Evin açıqladığı bəyanata əsasən, Gürcüstana vəd edilən 5 milyon dollar məbləğində yardım Rusiya ilə sərhəd bölgələrdə yaşayan əhalinin şəraitinin yaxşılaşdırılması və “işğal edilmiş Abxaziya və Cənubi Osetiya ərazilərində əhalinin obyektiv informasiya almaq imkanının artırlması” üçün nəzərdə tutulur.
XS
SM
MD
LG