Kiyevdə Ukraynanın yeni prezidenti Petro Poroşenko və onun inaqurasiya mərasimində iştirak etmək üçün Ukraynada olan ABŞ vitse-prezidenti Co Bayden arasında görüş olub. Görüşün prezident administrasiyasının binasında keçirildiyi bildirilir.
ABŞ-ın vitse-prezidenti Ukrayna hökumətinə əlavə yardım ediləcəyi vədini verib. Co Bayden əvvəl vəd edilmiş bir milyard dollarlıq yardıma əlavə olaraq, müxtəlif sahələrdə səylər üçün 50 milyon dollar ayrılacağını bildirib.
Əlavə yardım vədi prezident Barak Obamanın ABŞ-ın Moldova və Gürcüstan kimi Rusiya ilə sərhəddə yerləşən qeyri-NATO ölkələrinin hərbi potensialının artırılması istiqamətində işləyəcəyini deməsindən sonra verilib.
O eyni zamanda, Rusiyanı Ukraynanın yeni hökuməti ilə işləyəcəyinə ümidini ifadə edib. Vitse-prezident Bayden yeni seçilmiş prezidentin korrupsiya ilə mübarizə aparmaq istəyini alqışladığını bildirib.