Accessibility links

ABŞ - Azərbaycan əlaqələrinin 100 illiyi


1919-cu il Paris Sülh Konfransı
1919-cu il Paris Sülh Konfransı

Mayın 28-də Azərbaycanda Şərqdə ilk dünyəvi demokratik respublikanın yaradılması qeyd edildiyi zaman bu gün həm də Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında diplomatik əlaqələrin əsasının qoyulmasının 100 ili tamam olur.

1919-cu il mayın 28-də, Azərbaycan Demokratik Respublikasının yaradılmasının birinci ildönümünün qeyd edildiyi gün ABŞ prezidenti Vudro Vilson Paris Sülh Konfransında Azərbaycanın nümayəndə heyətinin üzvləri ilə görüşüb.

ABŞ prezidenti Vudro Vilson
ABŞ prezidenti Vudro Vilson

Prezident Vilson Azərbaycan nümayəndə heyətinin üzvləri ilə sülh konfrasında görüşünü bundan sonra ABŞ-da bir sıra tədbirlərdəki çıxışlarında xatırlayaraq aldığı xoş təəssüratlarla bölüşüb.

Mən dərhal anladım ki, ideyalar baxımından, azadlıq, hüquq və ədalət prinsipləri baxımından mənimlə eyni dildə danışan insanlarla söhbət etmişəm.
Vudro Vilson

San-Fransiskoda etdiyi çıxışında prezident Vilson deyib ki, Paris Sülh Konfransında ən həyəcanlıdırıcı məqamlardan biri bütün dünyadan və onun öz sözlərilə, “bəzən utanaraq etiraf etməliyəm ki, adlarını heç vaxt eşitmədiyim” ölkələrdən gələn nümayəndə heyətlərinin üzvləri ilə daimi təmasdan ibarət olub.

Vudro Vilson Azərbaycan nümayəndə heyətinin üzvlərinin demokratiya, insan haqları, bərabərlik və ədalət prinsipləri baxımından onunla eyni dildə danışdığını qeyd edib.

Əlimərdan bəy Topçubaşov
Əlimərdan bəy Topçubaşov

“Siz Azərbaycanın harada olduğunu bilirsinizmi? Bir gün oraya Azərbaycandan olan çox gözəl və maraqlı cənablardan ibarət bir qrup gəldi. Mənim onlar gedənə qədər onların haradan gəldiyini öyrənməyə vaxtım olmadı. Amma mən dərhal anladım ki, mən ideyalar baxımından, azadlıq baxımından, hüquq və ədalət prinsipləri baxımından mənimlə eyni dildə danışan insanlarla söhbət etmişəm. Mən onu da aşkar etdim ki, onlar da məni görməyə gələn bütün digər nümayəndə heyətləri kimi əllərini Amerikaya uzadaraq deyirdilər: “Siz bütün dünyada azad insanların tərəfdarları və liderlərisiniz. Gəlib bizə kömək edə bilərsinizmi?”

Prezident Vudro Vilsonun Azərbaycan Demokratik Respublikasının yaradılmasının birinci ildönümündə gənc ölkənin nümayəndə heyətinin üzvləri ilə görüşü Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əlaqələrin bünövrəsini qoymuşdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG