ABŞ-ın Azərbaycandakı səfirliyi Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Biz uzun müddətli əməkdaşlığımızı davam etdirməyi və təhlükəsizlik, enerji və demokratik idarəetmə sahələrində işimizi dərinləşdirməyi və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsini gözləyirik.ABŞ Səfirliynin təbrikindən sitat
Təbrikdə deyilir: “Biz Respublika Günü münasibətilə Azərbaycan xalqına səmimi qəlbdən təbriklərimizi çatdırmaq istəyirik. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşı olmuşdur. Biz uzun müddətli əməkdaşlığımızı davam etdirməyi və təhlükəsizlik, enerji və demokratik idarəetmə sahələrində işimizi dərinləşdirməyi və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsini gözləyirik. Respublika Günün mübarək Azərbaycan!”, təbrikdə qeyd edilir.