Accessibility links

Azərbaycanda «Söz Azadlığı Müdafiəsinin Koordinasiya Şurası» yaradılıb  


"Azadlıq" qəzetinin redaksiyasında siyasi partiya rəhbərlərinin, hüquq müdafiəçilərinin, millət vəkillərinin, ictimaiyyət və QHT nümyəndələrinin iştirakı ilə Redaktorlar Birliyinin iclası keçirilib. İclasda mətbuat azadlığı sahəsində yaranmış problemlər müzakirə edilib. «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev mətbuat azadlığı ilə bağlı yaranmış problemi «iqtidarın qabaqcadan hazırlanmış planı» adlandırıb. Onun fikrincə, 1998-ci ildə siyasi senzura aradan qaldırıldıqdan sonra hakimiyyət mətbuatın iqtisadi və mənəvi əsaslarının sıradan çıxarılmasına başlayıb. «Müsavat» partiyasının başqanı İsa Qəmbər Rusiya siyasi texnoloqlarının Azərbaycan rəhbərləri və xüsusi xidmət orqanları ilə demokratik institutları sıradan çıxarmaq üçün planlar hazırladığını bildirib. O beynəlxalq təşkilatlar və demokratik dövlətlər qarşısında da məsəlinin konkret qoyulmasının vaxtının çatdığını deyib. AXCP sədri Əli Kərimli hesab edir ki, kütləvi aksiyaların intensivliyi ilə iqtidarı geri çəkilməyə məcbur etmək lazımdır. Onlar yalnız bu zaman səhvlərini dərk edə bilir. Cənab Kərimlinin qənaətincə, Azərbaycanda qərbə inteqrasiyayadan qabaq demokratiaynın vəziyyəti daha yaxşı idi. Onun fikrincə, son illər müxalif təşkilatların, müstəqil mətbuatın ofisləri alınıb, əvəzində iqtildar və ona yaxın təşkilatların çoxsaylı ofisləri yaranıb. AXCP sədri bu halları əks etdirən hesabatın beynəlxalq təşkilatlara göndərilməsi təklifini irəli sürüb. «Milli Birlik» Hərəkatının lideri Lalə Şövkət ictimaiyyəti azad mətbuatı müdafiəyə çağırıb. Onun fikrincə, mətbuat azadlığının sıradan çıxarılması demokratik institutların məhvi deməkdir. Deputatlar mətbuata təzyiqləri araşdıracaq deputat qrupunun yaradılması təklifilə çıxış edəcək. Deputat Pənah Hüseyn hesab edir ki, azad mətbuatı susdurmaqla iqtidar neft pullarının bölüşdürməsini xalqdan gizlətmək istəyir. Hüquq müdafiəçisi Novella Cəfəroğlu «Azadlıq» qəzetinə qarşı təzyiqləri insan azadlıqlarına qarşı təzyiq hesab edir. Toplantı iştirakıları «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahiddən aclığı dayandırmağı xahiş edib. 13-gü gündür yeməkdən imtina edən Qənimət Zahid «Ameriknın səsi» radiosuna aclığı dayandırmayacağını bildirib. Bu gün Mətbuat Şurasının üzvləri Prezidentin İcra Aparatının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşüb. Görüşdə «Azadlıq» qəzetinin və «Turan» agentliyinin binadanı çıxarılması məsələsi müzakirə olunub. Şöbə müdiri «Amerikanın səsi» radiosuna bildirib ki, məsələ məhkəmədə baxılacaq və hamı məhkəmənin qərarına hörmət etməlidir. Toplantıda həmçinin çoxsaylı təşkiların daxil olduğu «Söz Azadlığı Müdafiəsinin Koordinasiya Şurası» yaradılıb. Əli Həsənov belə quruma ehtiyac olmadığını bildirib.
XS
SM
MD
LG