Accessibility links

Azərbaycanda 20 Yanvar hadisələrinin 16-cı ildönümü qeyd olunur


Azərbaycanda 20 yanvar hadisələrinin 16-cı ildönümünü qeyd edilir. Ölkədə matəm günüdür. Prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, deputatlar, hökumət üzvləri, siyasi partiyala rəhbərləri, yüz minlərlə insan Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycan ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məscidlərdə dualar oxunub. Ölkədə 1988-ci ildən başlanan Milli Azadlıq hərəkatı getdikcə geniş vüsət alırdı. Xalq Sovet rejimini tanımırdı, kommunist partiyasından imtinalar geniş vüsət almışdı. Bu hadisələr Ermənsistandan yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından qovulandan və Azərbaycanın Dağlıq Qarabağ Vilayətində SSRİ rəhbərliyinin istəyinə uyğun olaraq azərbaycanlı əhaliyə qarşı silahlı müdaxilənin fonunda baş verirdi. 1990-cı ildə keçiriləcək parlament seçkilərində isə o zaman ölkədə böyük nüfuza malik olan Xalq Cəbhəsinin böyük çoxluqla seçkiləri udmaq şansı yaranmışdı. Kommunist rəhbərlik nüfuzdan düşmüşdü, xalq onları qəbul etmirdi. Belə bir vaxtda, 990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ hökuməti Azərbaycanda Milli Azadlıq hərəkatını boğmaq və sovet kommunist rejimini qorumaq məqsədilə fövqəladə vəziyyət elan etmədən Bakı şəhərinə 35 minlik ordu yeritdi. Bu zaman, Bakıda həmçinin keçmiş SSRİ daxili qoşunlarının 11 min 500 nəfərlik əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. SSRİ-nin 4-cü ordusunun komandanlığı da Bakıda yerləşirdi. Tankların və zirehli transportyorların köməyilə Bakıya girən qoşun hissələri qarşısına çıxan hər şeyi əzir, hər yanı atəşə tuturdu. Xəbərsiz insanlar nəinki küçələrdə, hətta avtobuslarda, iş yerlərində, mənzillərində güllələrə tuş gəlirdi. Sovet ordusunun dinc əhaliyə qarşı həyata keçirdiyi hərbi əməliyyat nəticəsində 137 nəfər öldürülüb, 700 nəfər yaralanıb, 800-dən çox adam qanunsuz olaraq həbs edilib. Rusiyanın “Şit” təşkilatının hesabaıtnda deyilir ki, adamlar xüsusi qəddarlıqla və yaxın məsafədən güllələnib. Məsələn, Meyeroviçə 21, Xanməmmədova 10-dan çox, Rüstəmova 23 güllə vurulub, xəstəxanalar, təcili tibbi yardım maşınları atəşə tutulub, həkimlər öldürülüb, adamlar süngülərlə qətlə yetirilib. Öldürülmüş Yefimtsevin iki gözü ovulub. Təşkilatın o zamankı hesabatında bildirilir ki, həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər var.
XS
SM
MD
LG