Accessibility links

İlham Şaban: Şahdəniz yatağında Nabucco kəmərini təmin edəcək qədər qaz var  


"Neft Araşdırmaları" Mərkəzinin rəhbəri İlham Şaban Avropa İttifaqına sədrlik edən Çexiyanın baş naziri Mirek Topolanekin Qazaxıstan, Türkmənistan və Azərbaycana səfərinin nəticələrinin uğurlu olmadığını bildirib. Onun fikrincə, Qazaxıstan qazını Rusiya və Çinə, Türkmənistan isə Rusiya və İrana satır. Bu baxımdan Nabucco layihəsinin birinci mərhələsində qaz təchizatı Azərbaycanın üzərində qalacaq.

Bununla yanaşı ekspert kəmərinin tikintisi üçün uzun yolun keçiləcəyinin lazımlığını önə çəkib. Kəmərlə bağlı kommersiya layihələrinin hələ danışıqları başlamayıb. "Eyni zamanda, kəmərin haradan başlayıb, harada qurtaracağı, kimin nə qədər qaz istədiyi də bəlli deyil. Avropa İttifaqı isə indiyədək kəmərin yalnız texniki layihəsinin hazırlanması üçün 250 milyon avro vəd edib. Bu isə kəmərin ümumi dəyərinin cəmi 2 faizidir"-deyə cənab Şaban qeyd edib.

Xəzər hövzəsi və Mərkəzi Asiyadan, gələcəkdə isə Yaxın Şərqdən Avropaya qaz ixracı nəzərdə tutan "Nabucco" layihəsinin transmilli konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), "Bulqarqaz" (Bolqarıstan), "Transqaz" (Rumıniya), BOTAŞ (Türkiyə) və RWE (Almaniya) şirkətləri daxildir. Həmçinin, Fransanın "Qaz de Frans" şirkəti konsorsiuma daxil olmaq niyyətini bildirib. "Nabucco" layihəsinin operatoru kimi Avstriyanın OMV şirkəti çıxış edir.
İldə 26-32 mlrd kubmetr qaz nəql edəcək 8 milyard avro dəyərində olacaq boru kəmərinin tikintisi 2014-cü ilə qədər başa çatmalıdır. 2012-ci ildə "Nabucco" ilə Azərbaycandan, daha sonra isə Qazaxıstan və Türkmənistandan qaz nəql olunması planlaşdırılır. Növbəti mərhələdə - 2017-ci ildə bu boru kəməri ilə İran, İraq və Misir qazının da nəql olunacağı istisna edilmir.
"Nabucco" dünyanın bir çox bölgələrini birləşdirəcək ilk qaz kəməridir. 3,3 min km uzunluğundakı boru kəmərinin əsas tranzit ölkəsi Türkiyə olacaq (2 min km). Boru kəmərinin 400 km Bolqarıstanın, 460 km Rumıniyanın, 390 km Macarıstanın və təxminən 50 km Avstriyanın ərazisinə düşür.


XS
SM
MD
LG