Accessibility links

Azərbaycan Gürcüstana gündə bir milyon kub metr qaz verəcək  


Gürcüstanın baş naziri Zurab Noqaideli Azərbaycanda səfərdədir. O bu gün prezident İlham Əliyev və Azərbaycanın baş naziri Artur Rasizadə ilə danışıqlar aparıb. Danışıqların əsas mövzusu «Şahdəniz» qazının Gürcüstana ixracı, eləcə də Bakı Tbilisi-Qars dəmir yolu layihəsi olub. Baş nazir Artur Rasizadə görüşdən sonra bildirib ki, 2007-ci ildə Azərbaycanın Gürcüstana gündə 1 milyon kubmetr qaz göndərməsi barədə razılıq əldə edilib. O həmçinin gələn ilin yanvarında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin sənədləşdirilməsinə dair işlərin başa çatacağını bildirib.«Dəmir yolunun tikinti-bərpa işlərinin may ayında başlanması planlaşdırılır»-deyə cənab Rasizadə vurğulayıb. Bir qədər öncə, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər isə bildirib ki, “Şahdəniz” yatağından hasil olunan təbii qazın Türkiyə, Azərbaycan və Gürcüstan arasında bölüşdürülməsinə dair yekun nəticə yaxın günlərdə İstanbulda keçiriləcək görüşdə əldə olunacaq. «Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə planlaşdırılan üçtərəfli görüşdən sonra enerji nazirləri son qərar qəbul edəcək»-deyə o qeyd edib.
XS
SM
MD
LG