Accessibility links

ABŞ konqresmeni Xocalı qırğınını tanımağa çağırır - 2005-02-21


İndiana ştatından konqresmen Den Börton Nümayəndələr Palatasında çıxış edərək, Konqresi Xocalı soyqırımını tanımağa çağırmışdır. ABŞ qanunvericisi Xocalıda törədilmiş dəhşətləri həmkarlarının diqqətinə çatdıraraq demişdir ki, bu, uzun müddətdir susmaqda olan beynəlxalq ictimaiyyət tərəfindən ilk addım olardı. Koqresmen bildirdi ki, illərdir Nümayəndələr Palatasının üzvləri hər il aprel ayında üstündən 90 il keçməsinə baxmayaraq, indiyə qədər detalları mübahisələr doğurmuş erməni soyqırımını yad ediblər. Lakin faicəli olsa da, Konqresin üzvləri Azərbaycan və Ermənistan arasındakı müharibə zamanı ermənilərin apardığı etnik təmizləmələr haqda bir dəfə də olsun bir söz deməyiblər. Konqresmen Börton 1992-ci ilin fevral ayının 26-da Xocalıda baş vermiş dəhşətlər haqda məlumat verdikdən sonra beynəlxalq Human Rights VVatch, Rusiyanın Memorial təşkilatlarının vəhşiliklərə yol verildiyi ilə bağlı faktları açıqladığına işarə etmişdir. O, soyqırımın dəhşətləri ilə bağlı faktların şahidləri olduğunu demişdir. Konqresmen qırğından sonra dəhşətli səhnələri ilk dəfə olaraq lentə alan mərhum jurnalist Çingiz Mustafayevin gördüklərini Konqres üzvlərinə çatdırmışdır. Human Rigths VVatch faciəni “münaqişələr taixinrə ən böyük soyqırım hadisəsi” adlandırmışdır. Den Börton günahsız qadınlar, uşaqlar və qocalara qarşı vəhşiliklərin təkcə Xocalı ilə bitmədiyini demişdir. Onun sözlərinə görə, əslində, Xocalıda qəddarlığın dərəcəsi və görünməmiş vəhşiliklər erməni hərbi qüvvələri üçün müharibədən sonrakı illər məhv etmə və etnik təmizləmə siyasəti üçün nümunə olmuşdur. Konqresmen Börton 1993-cü ildə Nyusvik qəzetinin bir ABŞ rəsmisinə istinadən edərək yazdıqlarını həmkarlarının diqqətinə çatdırmışdır. Qəzetdə yazılmışdı: “Biz indi ermənilərin hər bir kəndi dağıtdığının şahidiyik. Bu, vandalizmdir”. Den Börton qeyd etmişdir ki, hər il Azərbaycanın xristain, yəhudi və müsəlman icmaları Xocalı soyqırımı ərəfəsində beynəlxalq icitmaiyyətə müraciət edərək, 1992-ci ilin fevral ayının 26-da törədilmiş qırğını pisləməyə, işğal olunmuş əraziləri azad etməyə və məcburi köçkünlərin doğma yerlərinə qayıtmasına səy göstərməyə çağırırlar. Konqresmen Börton yanvarın 25-də Avropa Şurasının Parlament Assambleyasının Azərbaycanın böyük bir ərazisinin erməni silahlı qüvvələri tərəfindən işğal altında qaldığı və Dağlıq Qarabağın separatçı qüvvələrin nəzarəti altında olduğunu göstərən qətnaməsindən məmnunluğunu ifadə etmişdir. O qeyd etmişdir ki, qətnamədə 1988-1994-cü illər ərzində hərbi əməliyyatlar və bundan əvvəl etnik düşmənçilik genişmiqyaslı etnik sürgünlər və etnik təmizləmə siyasətinin konsepsiyasına uyğun olaraq, monoetnik bir ərazinin yaradılmasına gətirib çıxarması ilə bağlı narahatlıq ifadə edilmişdir. Çıxışının sonunda konqresmen Börton demişdir ki, bu, Xocalı soyqırımı zamanı sağ qalmış insanların laqiy olduğu qınama səyi deyil, illərdir susmaqda olan beynəlxalq ictimiayyət tərəfindən atılmş ilk addımdır. Konqresmen çıxışını bu sözlərlə bitirmişdir: “Konqres bundan sonrakı addımı atmalıdır və mən ümid edirəm ki, həmkarlarım mənimlə birgə Xocalı faciəsini anan azərbaycanlılara dəstək verəcəklər. Dünya bunu bilməli və unutmamalıdır”.

XS
SM
MD
LG